Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Taksi sıxlığını necə aradan qaldırmalı?
23 Avqust 2010 09:38
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Məscid açılmamış kor əsasını dirədi"
Son vaxtlar Bakıda yeni bir gedişli-gəlişli obyektin açılmasına az qalmış, bəzi taksi sürücüləri, məscid açılmamış kor əsasını dirədiyi kimi, öz maşınlarını həmin obyektin həndəvərinə elə dirəyirlər, sanki, demək istəyirlər ki, artıq bura bizim daimi məskənimizdir. Məhz, bu səbəbdən, hazırda paytaxtda "xadovoy" adlanan yerlərin ətrafında taksi əlindən nə rahat tərpənmək olur, nə də ki nəfəs almaq.
Bu gün hamı görür ki, metroların, ticarət obyektlərinin, yaşayış binaların qarşısında nəqliyyat vasitələrinin nizamsız şəkildə düzülməsi adamların sərbəst hərəkətinə necə mane olur. Ən çoxu da taksilərin yol kənarlarını, avtobus dayanacaqlarını, hətta səkilərin üstünü zəbt etməsi piyadalar üçün olduqca böyük əngəllər yaradır. Adam bilmir taksi əlindən öz yolunu necə getsin? Ya gərək onların arasından sürtülə-sürtülə keçəsən, ya üstündən hoppanasan, ya çıxıb nəqliyyat yolunun ortası ilə addımlayasan, ya da pulunu verib elə taksi ilə gedəsən. Axırıncı variant taksiçilərin lap ürəyindəndir.
Taksini kənarda saxladın, demək pulsuz qaldın
Maraqlıdır ki, taksi sürücülərindən soruşanda ki, maşını kənarda niyə saxlamırsınız? Deyirlər ki, onda klient tutmaq olmur, müştəri ərindiyindən iki-üç addım atıb kənarda taksi axtarmaqdansa, elə qabağına ilk çıxan maşına əyləşib getməyə üstünlük verir. Taksiçilərin fikrincə, kənarda dayanıb sərnişin gözləmək, axşam evə çörək pulusuz getməyə bərabərdir. Ona görə də, onlar maşınlarını, Şəkililərin sözü olmasın, az qalırlar adamın lap ağzının içində saxlasınlar. Lakin, taksiçilər nəzərə almırlar və ya da almaq istəmirlər ki, pul qazanmaq xatirinə öz müştəriləri üçün yaratdıqları belə maksimum rahatlıq, digər vətəndaşların narahatlığına səbəb olur.
Darısqallıq yaratmaqlarına baxmayaraq, bəzi taksi sürücüləri hələ üstəlik, yayın cırhacırında maşınlarının qapılarını da açıq qoyurlar ki, sərinləsinlər. Bu da piyadalar üçün əlavə mane yaradır. Bunlardan əlavə, görürsən ki, yaxınlıqdan kişi, qadın keçməsinə məhəl qoymadan, klient gözləyən sürücülərdən bəziləri ayaqqabılarını, köynəyini çıxardıb maşının içində uzanıb dincəlir, kimisi də ucadan musiqi qoyub özü üçün feyzyab olur, başqası da qolunu-qıçını çırmalayıb camaatın işində maşınını yuyur. Bütün bunlar isə hər səhər işə gedən, axşam işdən qayıdan, ümumiyyətlə yola çıxan piyadaların ovqatına çox pis təsir edir və vətəndaşların çoxu bu cür halları hörmətsizlik kimi qiymətləndirirlər.
Problemin həlli yolları nədir?
Yəqin ki, aidiyyəti orqanlar belə neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görmək barədə fikirləşirlər. Ancaq hələlik onu deyə bilərik ki, bu problemi həll etmək üçün taksilər üçün xüsusi dayanacaqların yaradılması işini daha da sürətləndirmək, bununla bərabər, həmin dayanacaqların yaxın olduğu gedişli-gəlişli yerlərdə taksi çağırmaq üçün xüsusi kompüter-avtomat qurğuları quraşdırmaq məqsədəuyğun olar. Məsələn, metrodan və ya yarmarkadan çıxan adama taksi lazımdırsa, yaxınlaşıb həmin avtomatın "sifariş" düyməsini basır və operatordan taksi xahiş edir. Bir-iki dəqiqəyə yaxındakı taksi düşərgəsindən avtomobil yaxınlaşır və sifariş verən şəxs rahatca maşına minib gedir. Beləliklə, ətrafda da taksi sıxlığı yaranmır.
Vüqar Haqverdiyev
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bazar günü hava necə olacaq?
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
XƏBƏR LENTİ
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)