17:19
TQDK-nın sınaq imtahanları bölgələrdə də keçirib.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ali məktəblərə hazırlaşanlar üçün böyük əhəmiyyət kəsb edən imtahanlar ölkənin 28 şəhər və rayonunda, o cümlədən Gəncənin 3 orta məktəbində baş tutub.
Abituriyentlər üçün sınaq imtahanları onların bilik səviyyəsinin artırılması, eləcə də qəbul imtahanı zamanı daha sərbəst olmaları üçün vacib hesab edilir. Gəncədə 3 binada - 1, 23 və 27 nömrəli orta məktəblərdə keçirilən imtahanda iştirak etmək üçün 3024 abituriyent
qeydiyyatdan keçib. Ümumilikdə isə ölkə üzrə sınaq imtahanlarına 34464 abituriyent iştirak üçün ərizə verib.
İmtahanlar yalnız Bakı və Gəncə şəhərlərində iki növbədə baş tutub. TQDK-nın Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov: "Sınaq imtahanlarının prosesi davam etdiriləcək. Növbəti sınaq imtahanlarının isə aprelin 21 və 28-də keçirilməsi planlaşdırılır. Bununla bağlı artıq qeydiyyat da başlanılıb".
İmtahan proseslərinin tam təhlükəsiz keçməsi üçün məktəblərə polislər və yanğınsöndürənlər də cəlb edilib, eləcə də təcili tibbi yardım briqadaları imtahan keçirilən binalara təhkim olunub. Sınaq imtahanı zamanı heç bir neqativ hal aşkar edilməyib.
"Ancaq onu deyə bilərəm ki, Gəncədə bir neçə il öncə ilk sınaq imtahanları keçirilən zaman başqasının şəxsiyyət vəsiqəsindən istifadə edənlərə tez-tez rast gəlinirdi. Belə ki, 2011-ci ildə 115, 2012-ci ildə 10-15 bu kimi hallara rast gəlinsə də, bu il heç bir qayda
pozuntusu qeydə alınmayıb".
Qeyd edək ki, sınaq imtahanının nəticələri bir neçə gündən sonra ictimaiyyətə açıqlanacaq.
Kanal S xəbər verir ki, imtahanlardan biri də Şəkidə, 20 saylı orta məktəbdə baş tutub. İmtahanda 700 abituriyent iştirak edib. Onlardan 6 nəfəri sənədləri düzgün olmadığına görə imtahana buraxılmayıb. Şəki şəhərində təşkil olunmuş sınaq imtahanlarına 46 nəfər nəzarətçi müəllim və 3 nəfər imtahan rəhbəri cəlb edilib.
---------
12:37
APA-nın xəbərinə görə, sınaq imtahanları respublikanın 28 şəhər və rayonunda ümumilikdə 46 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb və qeydiyyat internet vasitəsilə martın 28-dən aparılıb.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək. Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək ki, onların 3-ü təkrar, 4-ü isə yeni olacaq.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda ilk sınaq imtahanları keçirildi - YENİLƏNİB
7 Aprel 2013 17:19
1 Şərh
Baxış: 1 809

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İçi sərnişinlə dolu mikroavtobus aşdı - xəsarət alanlar var
-
Yüksək təzyiq zamanı nə yemək faydalıdır? - Dietoloqlardan məsləhət
-
Renat Dadaşova üç ölkədən təklif
-
Tanınmış aktyordan maraqlı açıqlama: “Çılpaq səhnələr mənimlə başlayır” - FOTOlar
-
QMİ: Zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq
-
Mahir Emreli İngiltərə klubunun təklifini qəbul etmədi
-
İsrail ordusu Tehrana raket zərbələri endirib – SEPAH-ın qərargahı vuruldu - VİDEO
-
Əczaçı xəstəyə dərman tövsiyyə edə bilərmi?
-
Torpaq özəlləşməsində mühüm addım
-
Şəhərinin mərkəzində yerləşən klinikada güclü yanğın
-
Niyə bəzi sığorta şirkətləri dəymiş ziyanın tamamını ödəmək istəmir?
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
-
Yatmaqda çətinlik çəkirsiniz? - Alimlərin tövsiyə etdiyi bu üsul
-
Kainatın sonu necə olacaq: Böyük donma, yoxsa böyük çöküş?
-
İrandan uçuşlarla bağlı yeni qərar
-
Bakıda Şıx çimərliyində iki yeniyetmə dənizdə batıb - VİDEO
-
1990-cı illərdən bəri görünməmiş hal: Rusiyadan on minlərlə alim qaçır - Kəşfiyyat
-
Şiraz və İsfahanda partlayışlar baş verdi
-
Hidayət Heydərov dünya çempionatında ilk görüşdə uduzdu
-
İranın zərbələri İsraili sarsıtdı: 15 ölü, 385 yaralı
-
Fənərbaxçaya gedəcəkdi, baxın hara getdi
-
Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? - Ekspert AÇIQLADI
-
Türkiyə PA: "Kürecikdən İsrailə məlumat ötürülməsi iddiaları yalandır"
-
78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı