Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova Trend-ə bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişiklik dövlət təhsil müəssisələrinin təhsil haqlarına təsir etməyəcək. "Çünki ödənişli tələbələrin təhsil haqqı, əsasən, təhsil müəssisəsinin müəllim heyətinin əmək haqqının ödənilməsinə yönəlir. Əmək haqlarının da tədricən artmasını nəzərə alaraq təhsil haqlarının aşağı salınmasını deyil, əksinə artmasını gözləmək olar", - o deyib.
Azərbaycan Müəllimlər Universitetinin (AMU) rektoru, millət vəkili Aqiyə Naxçıvanlı da bu məsələ ilə bağlı Trend-ə ƏDV-dən azad olunmanın təhsil haqlarına təsir göstərməyəcəyini deyib.
Bəzi özəl təhsil müəssisələrinin illik ödənişləri aşağı salması ilə bağlı qərara münasibət bildirən AMU rektoru deyib ki, özəl təhsil müəssisələrində təhsil haqqı dövlət təhsil müəssisələrinə nisbətən çox yuxarı səviyyədədir. "Onlar təhsil haqlarını aşağı salınması ilə bağlı qərar qəbul edə bilər. Dövlət təhsil müəssisələri isə büdcədən maliyyələşir, ona görə təhsil haqları ilə bağlı məsələ büdcə müzakirələri zamanı qaldırıla bilər", - Naxçıvanlı deyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il dekabrın 29-da Vergi Məcəlləsinə düzəlişləri təsdiq edib. Məcəlləyə edilən dəyişikliyə görə, Azərbaycan ali təhsil müəssisələrində təhsil haqları ƏDV-dən (18%) azad edilib.
Təhsil Nazirliyindən isə Trend-ə bildiriblər ki, dövlət ali təhsil müəssisələri ƏDV-dən azad idi, bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilən dəyişiklik özəl ali təhsil müəssisələri üçün nəzərdə tutulub. Nazirlikdən bildiriblər ki, ƏDV-nin ləğvi nəticəsində özəl təhsil müəssisələrinin təhsil haqlarına hər hansı dəyişikliyin edilməsi həmin təhsil müəssisələrin öz qərarlarından asılıdır, Təhsil Nazirliyi qiymət siyasətinə təsir göstərə bilməz. Eyni zamanda nazirlikdən bildiriblər ki, bu ilədək özəl universitetlər ƏDV-nin təhsil haqqına tətbiq olunmasından şikayət edirdilər və hesab edirdilər ki, mənfəətin çox hissəsi ƏDV-nin ödənilməsinə yönəlir.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda ali təhsil müəssisələrinin ƏDV-dən azad edilməsi tələbələrə nə verəcək?
11 Mart 2013 15:39
Baxış: 412

DİGƏR XƏBƏRLƏR
-
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər?
-
Kasko sığorta etdirənlərə XƏBƏRDARLIQ: Ödənişindən MƏHRUM qala bilərsiz
-
Əslən Qazax rayonundan olan professor vəfat etdi
-
Günün qoroskopu: Borc almaq və ya vermək üçün uyğun gün deyil
-
Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin - Onkoloq xəbərdarlıq etdi
-
Aramızdakı "gizli düşmən" - Orqanizmi məhv edir: Hər evdə var...
XƏBƏR LENTİ
-
“Fənərbağça” bu futbolçu ilə yollarını ayırdı - FOTO
-
Prezident İlham Əliyev: COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşüb
-
Romantik həyatda uğur tapmayan BÜRCLƏR
-
Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
-
Azərbaycan Prezidenti: Beyin mərkəzlərinin araşdırmaları qlobal çağırışların həlli üçün mühüm zəmin yaradır
-
İzmirdə polis bölməsinə hücumla bağlı 9 nəfər saxlanıldı
-
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər?
-
Meksikada qatar avtobusu iki yerə böldü - ANBAAN VİDEO
-
Kasko sığorta etdirənlərə XƏBƏRDARLIQ: Ödənişindən MƏHRUM qala bilərsiz
-
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
-
Azərbaycanda bu nazirliklərin birləşəcəyi GÖZLƏNİLİR
-
Bu ölkədə güclü zəlzələ oldu
-
Evin tavanından qızıl ilan çıxdı - Azərbaycanda ailənin qorxulu anları - VİDEO
-
Əslən Qazax rayonundan olan professor vəfat etdi
-
Şəkidə təsərrüfat mərkəzində itlərə əziyyət verilir - FOTO - VİDEO
-
Azərbaycan Ukraynaya qarşı
-
Ət niyə bahalaşdı? - Qəssablar yeni qiymətlərdən danışdı
-
Prezident AQEM-in Beyin Mərkəzləri Forumunun toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Rubl bahalaşdı, avro ucuzlaşdı - dollar isə...
-
Səidə əri ilə elə rəqs etdi ki... - VİDEO
-
15 kəndin işıqları KƏSİLƏCƏK
-
Yaponlar niyə qarpızın özünü yox, qabığını yeyirlər?
-
3 ən empatik BÜRC
-
"Üç ildir nəvəmi görə bilməmişəm"