Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda sərxoş qadın sürücülər çoxalır
3 Fevral 2010 14:57
Baxış: 1 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Ərəstun Məcidov Trend News-a bildirib ki, ötən il Azərbaycanda 2530 qadın sürücü törətdikləri yol-hərəkət pozuntularına görə məsuliyyətə cəlb olunub.
2009-cü ildə 74 qadın sürücü avtomobili sərxoş vəziyyətdə, 56-sı isə sürücülük hüququ olmadan idarə etdiyi üçün məsuliyyətə cəlb edilib.
Ə.Məcidovun sözlərinə görə, bu göstəricilər 2008-ci illə müqayisədə 2 dəfə artıb. BDYPİ rəsmisi qeyd edib ki, Azərbaycanda 30 mindən artıq qadın sürücü var. Onlardan 19-20 minə yaxını nəqliyyat vasitəsini idarə edir. 10 minə yaxın qadının sürücülük vəsiqəsi olsa da, avtomabil sürmür. Sürücülük vəsiqəsi olan qadınların 26 minə yaxını Bakı şəhərinin, qalanları isə respublikanın digər rayonlarının sakinləridir.
Şöbə rəisi qadın sürücülər tərəfindən yol verilmiş pozuntuların əksəriyyətinin paytaxt üzrə qeydiyyatda olan xanımların payına düşdüyünü deyir.
Ə.Məcidov deyir ki, qadın sürücülərin yol verdiyi pozuntular sırasında - avtomobili idarə edərkən kəmər taxmama, manevr edərkən və sağa-sola dönərkən işıq siqnallarından istifadə etməmə, yolayrıcı keçmə qaydalarını pozma, piyadalara yol verməmə kimi xətalar üstünlük təşkil edir.
Şöbə rəisinin sözlərinə görə, əvvəllər yol polisi əməkdaşları qadın sürücülər tərəfindən törədilən kiçik qayda pozuntularına göz yumurdular və xanım sürücülərə xəbərdarlıqla kifayətlənirdilər. Lakin ilbəil qadın sürücülərin və onlar tərəfindən yol verilən pozuntuların sayının artması onlara qarşı ciddi tədbirlər görülməsini zəruri edir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev isə bildirib ki, ötən il paytaxtda qadın sürücülər tərəfindən 31 yol qəzası törədilib. Nəticədə 7 qadın sürücü həlak olub, 24-ü yaralanıb. Qəzalar isə sürət həddini aşma və işıqforun qadağanedici işığını keçmə səbəbindən baş verib.
Qadınlar daha çox "Hyundai", "Pejo", "Nissan Tida", "Mersedes "markalı avtomobillərə üstünlük verirlər.
C.Hənifəyev deyir ki, ötən il Bakıda qadın sürücülər tərəfindən 2940 qayda pozuntusu qeydə alınıb. Onlardan 1322-si İnzibati Xətalar Məcəlləsinin 151.1-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddənin pozuntusu (hərəkət sürətinin 10-30 km/saat həddində aşılması, yol nişanlarının tələblərinə riayət edilməməsi, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən istifadə etmə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atma və.s) ilə bağlıdır.
Ötən il paytaxtda sürət həddini aşmaya görə 169, manevr qaydalarını pozduğu üçün 159, yolvermə nişanlarının tələblərini pozduğu üçün 179, xəttin tələbini pozduğu üçün 173, qəza şəraiti yaradan 15, tabe olmayan 10, vəsiqəsiz idarə etməyə görə 49, avtomobilini sərxoş idarə etdiyi üçün 76, avtomobili texniki baxışdan keçmədiyinə görə 87, avtomobili idarə edərkən telefonla danışdığı üçün 115, rəngli şüşə, plyonka və pərdələrdən istifadəyə görə 14, avtomobili nömrəsiz idarə etdiyi üçün 3 xanım sürücü inzibati qaydada cəzalandırılıb.

DİGƏR XƏBƏRLƏR
-
Soyuducuya qoyulmamalı 10 qida - Çoxları bu səhvi edir
-
Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu
-
Milli Qvardiyanın yaradıcısı vəfat etdi
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb - (Foto)
-
DİM qəbul imtahanlarının nəticələrini açıqladı
-
İsti havalarda necə qidalanaq?
XƏBƏR LENTİ
-
Soyuducuya qoyulmamalı 10 qida - Çoxları bu səhvi edir
-
Yay üçün yeni dad: Qaragiləli tiramisu resepti diqqət çəkir
-
Bu məşhur balıq təzyiqi aşağı salmağa kömək edə bilər
-
Keçməyən öskürəyin səbəbi nədir?
-
Ruhəngiz Musəvi həyat yoldaşının qadağasından danışdı
-
Qızı Tom Kruzun soyadından imtina etdi
-
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb
-
Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu
-
Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır
-
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır
-
5 milyon baxışı olan mahnını yutubddan sildirdi
-
İngiltərə millisinin müdafiəçisi "İnter"ə keçməyə razılaşdı
-
Dilan Polat haqqında istintaq başladıldı
-
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib - (Yenilənib)
-
Orxan Həbibli dünya çempionatının bürünc medalını qazanıb
-
Milli Qvardiyanın yaradıcısı vəfat etdi
-
Gülben Ergenin “Ahbap” istintaqında ifadəsi ortaya çıxdı
-
Göyçayda dağlıq və düzənlik ərazilərdə hektarlarla örüş və biçilmiş taxıl sahələri yanıb
-
Hörmüzə İran deyil, biz nəzarət edirik - Tramp
-
Kassadan 1 milyon dollar oğurlayan azərbaycanlıya 10 il cəza
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb - (Foto)
-
Bu bürclər birlikdə olmaq üçündür
-
Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır
-
Mançini milliyə qayıtdı