Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
30 illik çəllək ustası - FOTO
4 Mart 2013 15:46
6 Şərh
Baxış: 9 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin 2010-2014-cü illər üçün "Xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində bu il Göygöl rayonu təqdim olunan 3 nominasiya üzrə ölkənin "sənətkarlıq paytaxtı" seçilib. Rayona bu titul Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, o cümlədən milli sənətkarlığın dəstəklənməsi məqsədilə verilib. "Sənətkarlıq paytaxtı" elan edilərkən Göygölün tarixi ənənələri, rayonda xalq sənətkarlarının çoxluğu və bu kimi digər amillər nəzərə alınıb. Rayonda müxtəlif sahələri əhatə edən sənət adamları bu gün də yaşayıb yaratmaqdadırlar.
Belə sənətkarlardan biri də özünün əl işləri ilə Azərbaycanı qarış-qarış gəzən çəllək ustası Cahan Cəfərovdur. Çəllək ustası fəaliyyəti dövründə taxtadan hazırladığı sənət nümunələri ilə daima alıcılarını heyran qoya bilib. Onun hazırladığı çəlləklər, dibçəklər, vedrə, limon qabı, dəri aşılamaq üçün barabanlar və s. əl işlərinə hər bir bölgədə rast gəlmək olar.
Çəllək düzəltmək bacarıq, fantaziya, səbr, şərait tələb etdiyindən bu işlə məşğul olanların sayı elə də çox deyil. Taxtadan düzəldilən çəlləklərin realizəsində olan problemlər də sənətin bu növü ilə məşğul olanların sayına təsirsiz ötüşmür. Lakin Göygöl sakini olan Cahan dayı bundan illər öncə yiyələndiyi bu əl əməyini yerə vurmayıb, bu gün də hazırladığı çəlləkləri ilə tanınır.
Azərbaycanda vaxtilə bu sənət növü ilə məşğul olan insanların sayı çox olub. Buna təsir edən amil o zamanlar insanların çəlləyə tələbatının olduqca çox olması ilə bağlıdır. Çəllək hazırlamaq qadın işi deyil, onunla yalnız kişilər məşğul olub. Kimi bu çəlləklərdə şərab, kimi
bal, kimisi də bəkməz saxlayıb. Keçmiş Xanlar, indiki Göygöl rayonunda fəaliyyət göstərən Mexaniki zavodda çələkçi işləyən Cahan Cəfərov deyir ki, əl qabiliyyətinə görə hətta respublikada fəaliyyət göstərən şərab zavodlarına ezam olunub və verilən sifarişləri yerinə yetirib. İşinin öhdəsindən layiqincə gəldiyi üçün Cahan dayı cəmi bir ilə altıncı dərəcəli usta adına layiq görülüb:
"İldə 1000 nəfərə yaxın cavan oğlanlar gəlirdi. Bir neçə ay zavodda işləyirdi, ağır sənət olduğundan yarımçıq qoyub başqa sənət arxasınca gedirdi. Eləsi də varıydı mənim kimi tab gətirirdi, qavraya bilirdi, qalıb öyrənirdi peşənin sirlərini".
Müasir zamanda elə dəzgahlar, elə alətlər var ki, onlardan istifadə etməklə usta işini yüngülləşdirə bilər. Lakin çəlləyin hazırlanmasında belə alətlərdən az istifadə edilir. Yəni çəllək hazırlanması incəlik tələb etdiyindən bu iş əl əməyi hesabına və zərgər dəqiqliyi ilə görülməlidir. Ölçüsündən asılı olaraq bir çəlləyin hazırlanması üçün 3 gündən bir həftəyə qədər vaxt sərf edilir:
"Bu formada taxtanı yığdıqdan sonra içərisində ocaq qalayıb taxtaları su ilə isladırıq. Buxar vasitəsilə ağac yumşalır. Ağac yumşalanda isə ağaclar bir-birindən aralanır. Su ilə ağac isladılıb buxarda yumşaldılarkən kəmərlə ağaclar sıxılır. Nəticədə çəllək sıxılaraq bax belə hazır vəziyyətə çıxır".
Çəlləyin əsas hissəsi hazır olduqdan sonra hər iki başın bağlanması məqsədilə öncə daxildən xətt açılır. Qapaqlar kəsilir sirkulla ölçülür, açılan xəttə cil qoyulur və qapaqlar bağlanır. Çəlləyin üzü rəndəylə ağardılır, içərisinə içkinin tökülməsi və təyinatı üzrə istifadəsi məqsədilə xüsusi dəliklər açılır. Usta deyir ki, həm əziyyətli, həm də az gəlirli olduğu üçün hazırda gənclər arasında bu sənətə maraq göstərənlərin sayı barmaqla sayılası qədərdir. Əvəllər isə ustanın Şəmkir, Göyçay, Ağstafa və digər bölgələrədən şagirdləri olub:
"Məcbur bu sənəti işlədə bilməzsən. Özü gərək ustanın əlini ağzını güdsün ki, eşitsin usta nə deyəcək, nə istəyəcək. Hazırda elə gənclər yoxdur. Elə mənim öz oğlum nə qədər öyrətmək istədimsə, gördüm alınmır. Mən onu burada məcburən saxlaya bilməzdim".
Çəllək ustası çəllək hazırlayarkən istifadə etdiyi materialların böyük hissəsinin sovet dövründən qaldığını da bildirib. Alıcı azlığı və şərab zavodlarından sifarişlərin olmaması üzündən bir əsrə yaxın yaşı olan materiallar bu günə kimi xammal şəklində qalmaqdadır. Cahan Cəfərov deyir ki, böyük zəhmət bahasına ərsəyə gələn çəlləkləri hazırlamaqla məşğul olan ustaların sayı hazırda Göygöldə 5-6 nəfərə yaxındır. Lakin...
"Tələbat olmadığı üçün onlar da işlətmir bu sənəti. Yalnız mən qalmışam, bütün Azərbaycan məni tanıdığı üçün səfirliklər, iş adamları, qonaq gedənlər, dostu tanışı üçün alıb aparırlar ki,
çaxırla, konyakla doldursunlar".
Deyim ki, Cahan dayı çəlləkləri yalnız palıd ağacından hazırlayır. Buna səbəb isə keyfiyyətli olan palıddan fərqli olaraq digər ağaclardan hazırlanan çəlləklərin içərisində bir müddət məhsul saxlandıqdan sonra həmin ağacın dadı və ətrinin məhsulda hiss edilməsidir. Ölçülərinə görə müxtəlif olan çəlləklərin satış qiyməti də elə ölçüsünə görədir. Usta konkret qiymət göstərməsə də, 1 çəlləkdən gəlirinin 30 manata yaxın olduğunu bildirdi.
Qeyd edək ki, fəaliyyət göstərdiyi 30 il ərzində Azərbaycanın ayrı-ayrı bölgələrində çəllək ustasının əl işləri sərgilərdə nümayiş etdirilib. Bunun nəticəsi olaraq Cahan Cəfərov bu əl işlərinə görə fəxri fərman və diplomlara layiq görülüb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
40 ildən sonra dünya əhalisi yarıbayarı AZALA BİLƏR
-
"Susduqca, daha çox söyülürəm"
-
Alimlər "üçüncü göz"ü aşkarladılar
-
Rusiyadan Ermənistana xəbərdarlıq
-
Kanadaya getmək istəyənlərin NƏZƏRİNƏ: Məhdudiyyət qoydu
-
Hilal İsayev bıçaqlandı - Vəziyyəti ağırdır
-
Sürücülərə şad XƏBƏR: Alternativ yol salınır
-
2 ayaqlı timsah qalıqları AŞKARLANDI
-
"Neftçi"yə qayıtdı - FOTO
-
Biz gün üzü görmürük, bu Avropa ölkəsində 82 illik REKORD
-
Zəncirvari QƏZA: Yeniyetmə qız öldü - FOTO
-
Mourinyo Arda barədə qərar verdi
-
Bayram günü kabab bişirmək istədilər - Xəstəxanalıq oldular
-
İllər sonra atası Maykl Ceksonun DANIŞDI
-
640 min dollarlıq yeni Ferrari lağ obyektinə çevrildi – FOTOlar
-
"Mango" şirkətinin qurucusunun oğlu vəzifəsindən GETDİ
-
Hindistanın dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Əməkdar artist canlı yayımda AĞLADI - VİDEO
-
6 il gizlənən narkobaron belə TUTULDU
-
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
-
Yunanıstan lideri Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Bakıda bu məktəb BAĞLANDI - Rəsmi AÇIQLAMA
-
Yeni doğulan oğlu ilə ilk VİDEOsu
-
Modriçlə bağlı azarkeşlərə pis XƏBƏR