Allergiya sağlam insanlarda hər hansı bir narahatlığa gətirib çıxarmayan, bir və ya bir neçə maddəyə qarşı həddindən artıq həssaslıqdır. Allergiya yaradan maddələr tənəffüs, ağız və ya iynə vurma yolu ilə bədənə daxil ola bilir.
Belə maddələr bədən tərəfindən qəbul edilmədiyi və yad cisim kimi qəbul edildiyindən, bədəndə onu xaric etmək üçün maddələr meydana gəlir. Yad cismin, maddənin məhv edilməsi zamanı allergik reaksiyalar özünü göstərir. Allergik reaksiyalara səbəb olan maddələr arasında çiçək tozları, ev tozları, kosmetik məhsullar, evdə saxlanılan heyvanların tükləri, dəyişik fiziki faktorlar, bitki mənşəli maddələr, dərmanlar, peyvəndlər və müxtəlif qidalar sayıla bilər. Qida allergiyasına gətirib çıxaran maddələr qidalarda olan zülallardır. Zülala qarşı allergiaysı olan şəxslərə çox kiçik miqdarda zülal kifayət edir.
Həkim allerqoloq Nigar Süleymanlının sözlərinə görə, qida allergiyası ən çox körpə uşaqlarda özünü biruzə edir. Buna körpənin həzm sisteminin tam inkişaf etməməsi, gündə bir neçə pay allergiya yaratma ehtimalı yüksək olan tək bir qidayla qidalandırılması və s. səbəb ola bilər.
Həkim bildirir ki, bütün qidalar allergiya yarada bilər. Amma bəzilərinin allergiya yaratma qabiliyyəti daha böyükdür. Heyvan mənşəli qidalar arasında ən çox süd və yumurta allergiya yarada bilir. Ət və ət məhsulları daha çox bişirildiyi üçün nadir hallarda allergiyaya səbəb olur.
Bitki mənşəli qidalar arasında ən çox çiyələk, qoz, şokolad və taxıllar allergik xüsusiyyətə malikdir. Bununla yanaşı, bütün qidaların allergiyaya səbəb ola biləcəyi unudulmamalıdır.
Hər hansı bir qidanın allergiya yaradıb-yaratmaması qəbul edilməmişdən öncə keçdiyi prosesə bağlıdır. Bişirilmə bir çox allergik təsirləri azaldır və yox edə bilir: "Süd bir çox insanlarda allergiya yarada bilir. Bu, onun tərkibində olan albominlə əlaqəlidir. Pendir südə nisbətən daha az allergik xarakterə malikdir. Çünki pendir istehsalı zamanı albomin çıxarılır".
Həmsöhbətimizin sözlərinə görə, qidalara bulaşan məhsullar da insanlarda allergiya yarada bilir. Qidalara bulaşan maddələrdən ən əsası nikeldir. Qidaların paslanmayan qazanlarda bişirilməsi qidada nikelin miqdarını artırır. Bundan başqa, dərman preparatları da allergik həssaslığı artırır. Allerqoloqun fikrincə, allergiyaya daha çox meylli olan insanların 22 faizi aspirin və iltihab əleyhinə dərman istifadə edənlərdir.
Yumurtanın ağı, qabıqlı dəniz heyvanları, çiyələk, pomidor, şokolad, balıq və donuz əti, paxla, göy noxud, paxla kimi bəzi tərəvəzlər, taxıllar, qoz, yerfıstığı kimi müxtəlif qidalar allergiyaya səbəb ola bilir. Qida allergiyasının əlamətləri digər allergiya formalarında görülənlərdən çox da fərqli deyil. Bu, həzm, tənəffüs, dəri, ürək-qan damar, oynaq və sinir sistemiylə əlaqədar olur. Müəyyən bir yeməyə qarşı allergik cavab dərhal, ya da 1-2 saat içində ortaya çıxa bilər. Eyni zamanda allergiyanın iki əlaməti görülə bilər. Həzm sistemində mədə-bağırsaq iltihabı, ağız içi iltihabı, ürək bulanma, qusma, qarın ağrıları, ishal, qalınbağırsaq iltihabı əlamətləri özünü büruzə verə bilər. Dəridə qaşınma, qızartı, suluqlu şişkinliklər də allergiyanın əlaməti ola bilər.
Həkimin fikrincə, qidalar dəri təması nəticəsində də allergik dəri reaksiyalarına gətirib çıxarır. Təmas allergiyası xəstələrin əl barmaqlarında ekzamaya bənzər səpgilər formasında görülür. Bu səpgilər adətən aşbazların sol əlində hər zaman olur: "Çünki dəri iltihabına gətirib çıxaran qidalar, əsasən sol əllə, bıçaqsa sağ əllə tutulur. İltihab tez-tez alovlanır, qidalarla təmasdan bir neçə dəqiqə sonra dəridə qaşınma, qızarıqlıq və qabarcıqlar ortaya çıxır".
Allergik təmas verən qidalar da heyvan və bitki mənşəli ola bilər. Qaraciyər, toyuq, süd, pendir, yumurta, balıq, un, kahı, pomidor, soğan, sarımsaq, cəfəri, kartof, kök, alma, banan, kivi, şaftalı, bal bu cür allergiya edə bilər. N.Süleymanlının sözlərinə görə, belə allergiyanın necə əmələ gəldiyi bəlli deyil. Allergiyadan qorunmaq da mümkün deyil. Çünki bu, hər gün qidalandığımız yeməklərdən yarana bilər. Sadəcə olaraq, qidalanarkən sonrakı proseslərə fikir vermək və allergiya yaradan qidalara qarşı daha diqqətli olmaq lazımdır.
Ekspress.az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qida allergiyası və ondan qorunmağın yolları
2 Fevral 2013 15:35
8 Şərh
Baxış: 39 249

DİGƏR XƏBƏRLƏR
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Milli Məclis sədrinin təşəbbüsü ilə Şəmkirdə növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib - FOTO
-
Aşura günü nə vaxtdır?
-
Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı - FOTO
-
Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
XƏBƏR LENTİ
-
Trampdan İsrail və İrana MÜRACİƏT
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyası Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək
-
Bəzi qəsəbələrdə qaz olmayacaq
-
Milli Məclisin deputatına ağır itki üz verdi
-
Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edir
-
İranla İsrail arasında atəşkəs elan olundu
-
Türkiyədə zəlzələ baş verdi
-
Lirə və avro bahalaşdı, dollar isə bu qiymətə satılır - RƏSMİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO
-
Həbib azərbaycanlı nazirlərlə bir arada - FOTO
-
Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi