Maraqlı

Özünə bəysiz toy etmişdi, meyiti kolluqdan tapıldı - FOTO

24 İyun 2025 10:20
Baxış: 2 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçən il özünə bəysiz toy edən 83 yaşlı Sümbül Topbaşın meyiti tapılıb.

Milli.Az xəbər verir ki, onun meyiti Adananın Çukurova rayonunda kolluq ərazidə aşkarlanıb.

Adanada ötən il "gəlinlik geyinmək" arzusunu simvolik toyla həyata keçirən 83 yaşlı Sümbül Topbaş Çukurova rayonunun Karslılar məhəlləsində ölü tapılıb. Gəncliyində platonik sevgisi Cabbar Gani ilə evlənə bilmədiyi üçün bir daha heç kimlə ailə qurmayan və ömrü boyu bu sevgisini ürəyində daşıyan Sümbül Topbaş ötən il qəribə toyu ilə gündəmə gəlmişdi. Qocalar evində ən böyük arzusunun "heç olmasa bir dəfə gəlinlik geyinmək" olduğunu deyən Sümbül nənənin arzusu dövlət qurumları və xeyirxah insanların dəstəyi ilə həyata keçmiş, o, zurna-balaban ilə toy zalına daxil olmuş, üzündəki sevinc o anı izləyən hər kəsə duyğulu anlar yaşatmışdı.

Qadının meyiti autopsiya üçün Adana Məhkəmə-Tibb İdarəsinin morquna təhvil verilib. Onun bir müddətdir qaldığı Seyhan Ahıllar Evi Qocalar və Reabilitasiya Mərkəzindən hansı səbəbdən ayrıldığı isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.