Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan sonra bölgədə radiasiya məsələsi gündəmə gəlib.
Bəs bu zərbələrdən sonra Azərbaycanda radiasiya fonunda artım olubmu?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev bildirib ki, radiasiya baxımından dəyişiklik və təhlükə yoxdur:
"Hadisələr Azərbaycandan 1000 kilometrə qədər məsafədə baş verir. Belə məsafələrdə nüvə obyektlərinin partlaması, hətta reaktor belə olsa, təsir göstərə bilməz. Həmin hadisə baş verən gün bizim ekspedisiya Zəngilan, İmişli, Biləsuvara qədər tədqiqatlar aparıb, bilmirdik ki, partlayış olacaq. Yoxlamalar nəticəsində heç bir radiasiya fonunun artması müşahidə olunmayıb. Hazırda bizim ekspedisiya həmin regionlardadır. Daimi işləyən, monitorinq aparan cihazlarımız var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin perimetr boyunca yerləşən avtomatik stansiyaları vasitəsilə məlumatlar Fövqəladə Hallar Nazirliyinə ötürülür. Ölkənin radiasiya fonu hərtərəfli müşahidə altındadır. Burada ən müxtəlif, dəqiq cihazlarla təchiz olunmuş briqadalar çalışır. Hazırda hələ ki, radiasiya fonunda artım yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin də apardığı tədqiqatlara görə, bunun heç bir təsiri görünməyib. Eyni zamanda 1000 kilometr məsafəyə qədər də elə təsirlər milyon dəfə azalır. Ona görə də bu, Azərbaycana ciddi təsir edə bilməz. Müqayisə üçün,, Çernobıl şəhərindən 135 km məsafədə Kiyev yerləşir. Çernobılda Xarkov Elektik Stansiyası partlayanda Kiyevi nə köçürdülər, nə xüsusi bir rejim tətbiq etdilər. Yəni, heç bir ciddi təsir olmadı. Ona görə də hər kəsi əmin edirəm ki, hələlik bu səviyyədə ciddi təsir və təhlükə yoxdur. Amma hücum edən ölkənin planlarını bilmirik. Hər halda biz öz işimizi görməliyik".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"





