Azərbaycanda yeni qadağa GÜNDƏMDƏ: Limit qoyulacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur.
Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisinin insan hüquqları, ailə, qadın və uşaq məsələləri və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında bildirib.
"Əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir. Dövlətimizin uşaqların hüquqlarını qorumaqla digər sahələrdə də yaş senzi tətbiq edir - siqaret, alkoqol, soyuq silah (bıçaq) satışına, qeyri-əxlaqi məzmunlara çıxışına qoyulan məhdudiyyət uşaqların sağlamlığı və rifahı üçündür. Həqiqətən övladlarımızın gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Dövlət real həyatda uşaqları qoruduğu kimi, virtual məkanın təhlükələrindən də uşaqlarımızı qoruyur.
Ona görə də layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Yeni norma, Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini - bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını - məcburi surətdə tətbiq etməli olacaqlar.
16-18 yaş qrupu üçün isə tamamilə fərqli - daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər, lakin yalnız qanuni nümayəndələrinin - valideynin açıq razılığı ilə".
Deputat qeyd edib ki, qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir:
"Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur.
Layihə, yaş yoxlama məqsədi ilə toplanan fərdi məlumatların - bank kartı, e-poçt, mobil nömrə məlumatlarının - kənar şəxslərə ötürülməsini, kommersiya məqsədi ilə istifadəsini qəti qadağan edir.
Provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institutsional formada qoyulması deməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var
-
Ölkədə hava necə olub? - Rəsmi
-
Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
-
Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü
-
Bakıda evdə meyit aşkarlandı
-
Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var
-
Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
-
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
-
Şəkidə ağır qəza: Ölən və yaralanan var
-
Xəzər dənizində zəlzələ oldu
-
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
-
Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət
-
Yayda arılardan qurtulmağın ən sadə yolu
-
Meyvə və tərəvəzləri daha uzun müddət təzə saxlamağın yolu
-
Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir...
-
Hansı ayda doğulan insanlar daha çox yaşayır?
-
Mətbəxdəki bu məhsul tıxanmış boruları açır
-
Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
-
Dondurma yeyərkən dişlərimizin ağrımasının səbəbi açıqlandı
-
Sarı, yoxsa qırmızı moruq faydalıdır?
-
Bu ölkədə çəngəllərdən istifadə etmirlər: səbəbi təəccübləndirəcək
-
Üç bürcün dönüş nöqtəsi: gələn həftə hər şeyi əldə edəcəklər





