Dünya

İranla İsrail arasında atəşkəs elan olundu

24 İyun 2025 09:21
Baxış: 1 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib.

Milli.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, İran tərəfindən Bakı vaxtı ilə səhər saat 08:00-dən atəşkəs qüvvəyə minib.

Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Araqçı "X" hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da dayandırdığını yazıb.

O, həmçinin İsrailə iyunun 13-dən bu günə qədər davam edən hücumlarda iştirak edən iranlı hərbçilərə minnətdarlığını bildirib. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp gecə saatlarında etdiyi paylaşımında 6 saat ərzində ilk olaraq İranın, sonra isə İsrailin atəşkəsə başlayacağını bildirmişdi. Onun sözlərinə görə, 24 saat ərzində 12 günlük müharibənin rəsmi sonu olmalıdır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.