Zərərli vərdişlər, asılılıqlar, aludəçiliklər insan beynində yara kimidir. Onların müalicəsi aparılmadıqca, o yara sağaldılmadıqca hansısa qabaqlayıcı hərəkətlər zərərli vərdişlərin tərgidilməsinə səbəb ola bilməz.
Psixoloq Jalə Nəbiyevanın sözlərinə görə, zərərli vərdişlərdən yaxa qurtarmaq üçün insan öz niyyət və düşüncəsini dəyişməlidir. Belə vərdişlərdən yaxa qurtarmağın ən yaxşı yolu yaxşı vərdişlərə yiyələnməkdir: "Məsələn, siqareti tərgidən insan onun yerinə saqqız çeynəməyə, yaxud meyvə suyu içməyə vərdiş edə bilər".
Psixoloq bildirir ki, siqaretin qiyməti nə qədər bahalaşsa da, insanların vərdişlərindən əl çəkmə ehtimalları o qədər azdır. Qadağan olunan, yaxud məhdudlaşdırılan hər şey insan üçün daha şirin olur: "Qadağalara əl uzatmaq insanın ruhunda var. "Olmaz" deyilən hər işə maraq göstərmək insanın daxilindən gələn bir hissdir. Bu gün siqaretin qiyməti nə qədər bahalaşır-bahalaşsın insan əgər çəkmək niyyətindədirsə onu hökmən əldə edəcək. Bu gün dünyanın ən böyük problemi narkomaniyadır. Dünyada 110 milyon nəfər ən azı ayda bir dəfə narkotikdən istifadə edir və təxminən 25 milyon nəfər narkoman var. Narkotikanın qiyməti nə qədər baha olsa da, ona meyl edən insan həddindən artıq çoxdur. Bu, onu göstərir ki, qiymət artımı bu cür problemlərin, siqaretin, narkomaniyanın, alkoqolizmin qarşısını ala bilməz, əksinə onun daha da yayılmasına səbəb olar".
Zərərli vərdişlərdən qurtulmağın yollarından danışan həmsöhbətimiz qeyd edib ki, bu gün insanlar arasında ciddiyə alınmayan kifayət qədər zərərli vərdiş var, amma insanlar zərərli vərdiş dedikdə ya siqareti, ya narkomaniyanı dilə gətirir. Halbuki ən az onlar qədər insan orqanizminə təsir edən və hər birimizin sahib olduğumuz bir çox zərərli vərdişlər var: "Ən böyük zərərli vərdiş yuxusuzluqdur. Bundan əziyyət çəkən insanların sayı sayılmayacaq qədər çoxdur. Təkcə Azərbaycana nəzər salsaq, bu vərdişdən əziyyət çəkən insanları kifayət qədər görə bilərik. Səbəbi isə texnikalardır. Yatmayan insan əsəbi, gərgin, görünüş baxımından çirkin və s. olur. Bütün gününü streslə keçirən insan bununla beynini və özünü zədələyir. Bu, ən azı siqaret qədər təhlükəlidir, amma heç kim fərqində deyil".
J.Nəbiyeva daha bir zərərli vərdiş olaraq reseptsiz dərman qəbulunu qeyd edir. Onun sözlərinə görə, ağrıya qarşı əlinə gələni udan insanın zəhərlənmədən ölməyə qədər riski artırmış olur: "Biz səbəbini bilmədiyimiz ağrıları nə işə yaradığını bilmədiyimiz dərmanlarla sağaltmağa çalışan bir xalqıq. Başın ağrıyır, dərman ud, dişin ağrıyır, dərman ud. Hər bir ailənin dərman qutusu mütləq var. Hər bir ailənin də həkimə göstərmədən ənənə halını almış, hər ağrıyan yerinə görə daimi qəbul etdiyi tabletlər var. Bu, özü də bir vərdişdir, asılılıqdır. Bu nəticəyə gəlirik ki, asılılıq olan hər bir şey insanın beyninin məhsuludur".
Psixoloqa görə, pis vərdişlər - istər siqaret olsun, istər narkomaniya olsun, istərsə də dərman qəbulu, yuxusuzluq, stress və s. - əsasən cavan nəsli hədəf alır. Ailədən qopmaq, azadlıq, sərbəstlik həvəsində olan gənclər pis mühitə düşməzdən əvvəl özləri özlərini böyüdüklərinə inandırırlar. Nəbiyevanın sözlərinə görə, gənclər "mən cavanam, mənə heç nə olmaz" düşüncəsinə hakimdirlər. Gənclərin pis yönə yönlənməsinə səbəb ailənin də bu yolda olmasıdır: "Siqaret çəkən bir atanın oğlu atasını örnək götürür və siqaretin məsumluğuna inanır. Yaxud mühitində pis vərdişə sahib insanlar varsa uşaq da istər istəməz özünü buna məcburmuş kimi hiss edir və başlayır".
Onun sözlərinə görə, uşaqlara qadağan etməklə yox, başa salmaqla onları zərərli vərdişlərdən yayındırmaq olar. Vərdişi tərgitdirmək ilə vərdişi bir müddətlik unutdurmaq tamamilə ayrıdır: "Tərgitdirmək lazımdır. Mühiti dəyişdikdə, yaxud pis insanlardan uzaq saxladıqda uşaq bir müddətlik bu vərdişdən uzaq durur. Mühitinə qovuşduqda isə yaşı neçə olur-olsun, yenidən öz vərdişinə qayıdır. Tamamilə tərgidilən halın isə geri dönüşü nadir hallarda olur".
Ekspress.az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Pis vərdişlər: onlardan necə qurtulmalı?
2 Fevral 2013 11:07
21 Şərh
Baxış: 45 387

DİGƏR XƏBƏRLƏR
-
Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
-
Günün qoroskopu: Hələ ki hərəkət yox, müşahidə et
-
Avtomobilini təmirə aparmışdı amma yandı
-
Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm
-
Adı smart, özü xarab dayanacaqlar
-
Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
-
Bu gün dövlət qulluğu imtahanı var
-
İran XİN: Nüvə obyektlərinə edilən hücumların uzunmüddətli təsirləri olacaq
-
Bu gün imtahan var
-
ABŞ İranın 3 şəhərini bombaladı
-
100 il yaşaya bilmək üçün yuxu rejimimiz necə olmalıdır?
-
Minimalizmə necə keçid edək?
-
İyulda bu bürclər gözlənilmədən varlanacaq
-
İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO
-
Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
-
Xərçəng riskini azaldan ən effektiv 8 məhsul
-
Rafael Fiziyev rəqibinə şans vermədi
-
Azərbaycan ailələrinin xərcləri: Ən çox pul hara gedir?
-
Çağatay bu ölkənin vətəndaşlığını aldı
-
Tofiq Musayev rəqibi ilə BACARMADI
-
“Netanyahu gedəcək, amma İran qalacaq” - Medvedev
-
Nazim Sadıxov: "Azərbaycanda məni məğlub etmək istəyən tapança ilə gəlməlidir"
-
"UFC Fight Night": Nazim Sadıxov rəqibini nokaut etdi - FOTO
-
Günün qoroskopu: Hələ ki hərəkət yox, müşahidə et
-
Tanınmış jurnalistə vəzifə verildi
-
Rusiya rahibələrdən Avropada təbliğat casusu kimi istifadə edir - KİV
-
Xamenei öldürülərsə, yeni lider necə seçiləcək?
-
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
İmam və onunla qaçan 16 yaşlı qız danışdı - VİDEO
-
Fatih Altaylı saxlanıldı