Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şagird olmaqdan utanmayan ustad
22 Yanvar 2013 17:10
0 Şərh
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O, həm kəlam, fəlsəfə, məntiq kimi əqli elmlərdə, həm də təfsir və hədis kimi nəqli elmlərdə misilsiz məharət sahibi kimi tanınırdı.
Buna görə dini dairələrdə onu ehtiramla "İmam Razi" adlandırırlar. Deyilənlərə görə, dərslərində minlərlə tələbə iştirak edirdi. Hətta at belində hərəkət edərkən, ardınca 300 nəfər elm əhli gəzib, onun danışdığı hər sözü öyrənirdi.
Milli.Az İslam.az-a istinadən bildirir ki, bütün şöhrətinə baxmayaraq, Fəxr Razi həm də İslam tarixində dini məsələlərdə ən çox şübhələr irəli sürən, dinin əsaslarını sual altına alacaq səviyyədə şəkkə düşən və hətta özünün irəli sürdüyü suallara bəzən cavab tapa bilməyən alim kimi tanınır. Məhz buna görə ömrünün sonuna yaxın Fəxr Razi ilə elmi mübahisə edən bəzi alimlər onun düşüncələrini İslama zidd sayırdılar. Bu üzdən alim şəhərdən-şəhərə köçməyə məcbur olurdu. Nəhayət, Xarəzmşah Mühəmmədin sarayında məskən tapan İmam Fəxr Razini bir rəvayətə görə öz düşmənləri zəhərləyib öldürmüşlər.
İmam Fəxr Raziyə dünya şöhrəti gətirən əsər - irihəcmli fundamental Quran təfsiridir. Əsl adı "Məfatihül-qeyb" olan bu təfsir həcminin böyüklüyünə görə Təfsiri-kəbir (böyük təfsir) kimi tanınır. Təfsiri-kəbiri öz dövrünün elmi nailiyyətlərini əks etdirən ensiklopediya da adlandırmaq olar. Buna görə bəzi tədqiqatçılar zarafatla deyiblər ki, Təfsiri-kəbirdə təfsirdən başqa hər şey var.
Fəxr Razi elmə və alimə böyük dəyər verirdi. Məşhur səyahətçi alim Yaqut Həməvi alimlərin və ədiblərin həyatından bəhs edən "Möcəmül-üdəba" kitabında öz müasiri olan alimlərdən birinin dilindən yazır ki, İmam Fəxr Razi Mərv şəhərində olarkən, yanına gəlib-gedən və ondan elm öyrənən şəxslərdən biri də mən idim. Fəxr Razi bu şəhərdə böyük hörmətə sahib idi, onun hüzurunda heç kim ağzını açıb danışmağa cürət etmirdi. Onun üçün taxt şəklində yer hazırlamışdılar, orada oturub elm müzakirələr aparırdı.
Bir gün o, mənə dedi: "İstəyirəm Əbu Talib övladlarının (yəni seyyidlərin) əsil-nəsəb silsiləsi barədə mənim üçün bir kitab tərtib edəsən. Bu barədə biliyim çox deyil, amma cahil qalmaq istəməzdim". (Hadisəni danışan alim əsil-nəsəb sahəsində mütəxəssis idi; belə alimlərə nəssabə deyirlər). Mən soruşdum ki, kitabı şəcərə (cədvəllər) şəklində tərtib edim, ya nəsrlə (sözlə) yazım? Fəxr Razi cavab verdi: "Mən o kitabı əzbərləmək fikrindəyəm. Şəcərəni əzbərləmək mümkün deyil, nəsrlə yaz".
Mən İmam Fəxr Razinin sifarişi ilə həmin kitabı yazdım. Gətirib ona təqdim edəndə əyləşdiyi taxtdan qalxdı. Sonra məni dəvət etdi ki, onun yerində əyləşim. Mən İmam Razinin yerində oturmağa cəsarət etmədim. Amma o, heybətli səslə mənə əmr etdi ki, dediyi yerə keçim. Mən onun taxtında oturmağa məcbur oldum. Fəxr Razi mədrəsədə müəllim qarşısında oturmuş şagird kimi mənim qarşımda, yerə döşənmiş həsirin üzərində diz üstə oturub kitabı ucadan oxumağa başladı. (O zamanlar dərs prosesi bu formada keçirdi. Şagird müəllimin hüzurunda kitabı oxumağa başlayır, müəllim onun səhvlərini düzəldir, lazım olan yerlərdə izahlar verirdi.
Hədis raviləri də öz şeyxlərindən hədisləri bu şəkildə öyrənir, axırda həmin hədisləri rəvayət etmək icazəsi alırdılar). Başa düşmədiyi məsələləri məndən soruşur, sonra oxumağa davam edirdi. Beləcə bütün kitabı oxuyub qurtardı. Sonra yerindən qalxdı və mənə dedi: "Bax, indi harada istəyirsənsə otura bilərsən". Mən taxtdan düşüb yerini ona qaytardım. İmam Razi mənə dedi: "Bu kitab elm xəzinəsi idi. Elm öyrənməyin də qayda-qanunları var. Sən bu elm sahəsində məndən üstünsən və mənim ustadımsan, mən isə sənin şagirdinəm. Şagird öz müəlliminin qarşısında necə oturmalıdırsa, gərək mən də bayaq sənin qarşında eynilə o şəkildə oturaydım, başqa cür olmağı insafdan deyil".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)