Bu il Azərbaycan elminə ağır itki üz verib. Bilindiyi kimi, AMEA-nın müxbir üzvi, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Əyyub oğlu Hüseynov ömrünün 88-ci ilində vəfat edib.
R.Ə.Hüseynov 1924-cü il sentyabrın 9-da Şuşa şəhərində doğulub.
1941- 1946-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika- riyaziyyat fakültəsinin tələbəsi, 1946- 1949- cu illərdə " astrofizika" ixtisası üzrə aspirantı olub. O, Azərbaycan SSR Elmlər Akademiyasının universiteti ilə birgə elmi ekspedisiyanın iştirakçısı olmuş " Günəş" atmosferinin bəzi radioptik xususiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edib. Onun Günəş protuberanslarına aid işləri 1938- 1961- ci illər arasındakı müddəti əhatə edən eruptiv protuberanslar kataloquna daxil edilib. Sonralar o, Günəş alışmasını Balmer kontikiuunda görünməsi şərtini, onun incə quruluşunu araşdırıb, alışmaların parametrlərinin təyin metodunu işləyib.
Rəhim Hüseynov Pirqulu stansiyasında, sonralar astrofizika bölməsində
"Günəş xidməti" adlanan işin təşkili və aparılması ilə məşğul olmuş, rəsədxananın müasir avadanlıqla təchiz edilməsi üçün çalışıb, burda işlədiyi 20 il ərzində rəsədxananın yaradılması və inkişafı ilə bağlı işlər görüb. 1957-ci ildə Yerin ilk süni peyki buraxılan ərəfədə o, peykləri müşahidə etmək üçün xüsusi "Günəş fizikası" bölməsi yaratmış və ona rəhbərlik edib.
Onun sonrakı araşdırmaları ən təlatümlü fiziki proseslər, çox böyük enerji ayrılması, yüklü zərrəciklər seli, milyon tonlarla kütlə atılmaları ilə nəticələnən və " Günəş alışmaları " adlanan törəmələrin hərtərəfli öyrənilməsinə həsr olunub və onun "Günəş alışmalarında dinamik prosesləri" adlı doktorluq dissertasiyasında öz əksini tapıb.
2001-ci ildə "astrofizika " ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.
R.Ə.Hüseynov onlarla fəlsəfə elmlər doktoru və fəlsəfə doktoru hazırlayıb. 100-dən çox elmi əsəri (o cümlədən 30-dan çoxu xarici ölkələrdə) çapdan çıxıb. O, bir sıra monoqrafiyaların , 70-dən çox məqalələrin, 6 elmi kütləvi kitabın, ali və orta məktəb üçün dərsliklərin müəllifidir.
Həm müəllifi, həm də redaktoru olduğu, fizika-riyaziyyat elmi üzrə doqquz min söz və söz birləşmələrindən ibarət olan Azərbaycanca-Rusca-İngiliscə ilk fundamental Astronomiya Terminləri Lüğətinin işıq üzü görməsində prof. R.Hüseynovun böyük əhəmiyyət kəsb etdiyi xidmətlərindəndir.
R.Ə.Hüseynov Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü olub.
2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim " fəxri adına layiq görülüb.
Müasir Azərbaycan fizika elminin görkəmli simalarından biri, gözəl insan, görkəmli alim, bacarıqlı pedaqoq, əsl ziyalı Rəhim Əyyub oğlu Hüseynovun əziz xatirəsi onu tanıyan insanların qəlbində həmişə yaşayacaq.
"AZƏRBAYCAN" qəzeti 27 sentyabr 2012-ci il
"ELM" qəzeti 21 sentyabr 2012-ci il
" Bakı Universiteti" qəzeti 15 sentyabr 2012-ci il
" ŞUŞA" qəzeti 31 avqust 2012-ci il
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Professor Rəhim Hüseynovun əziz xatirəsi onu tanıyan insanların qəlbində həmişə yaşayacaq
5 Dekabr 2012 20:50
Baxış: 1 352

DİGƏR XƏBƏRLƏR
-
"Samaqon" korluğa səbəb ola bilər"
-
Günün qoroskopu: Hazırsansa - dəyiş
-
Qalmaqal böyüyür - eks-sevgilisi ilə Hidayətin VİDEOsu yayıldı - YENİLƏNİB - FOTO
-
Palma yağından hazırlanmış saxta pendirlər satılır: Necə ayırd etmək olar? - AÇIQLAMA
-
Paytaxtda skuter sürənlərin NƏZƏRİNƏ
-
Bazarda bir manata satılan bu tərəvəz dərmandır
XƏBƏR LENTİ
-
Astronomların yeni hədəfi kəşf edilməmiş planetdir
-
İki məşhur təmizlik məhsulunun satışı qadağan edildi
-
Daimi ağız quruluğu bu xəstəliyin əlaməti ola bilər - Açıqlama
-
Bu xəstəlik tez-tez qriplə qarışdırılır - Həkim xəbərdarlıq etdi
-
"Samaqon" korluğa səbəb ola bilər"
-
“Kızılcık Şerbeti”ndə azərbaycanlı obraz - VİDEO
-
Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyir
-
“Mən də şablon cavab verim?”
-
“Mən subay deyiləm” - VİDEO
-
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
-
Günün qoroskopu: Hazırsansa - dəyiş
-
“Bu sual veriləndə özümü ucuzlaşmıs hiss edirəm” - Rəşad Sadıqov
-
“DeFacto” mağazaları bu tarixdə bağlanır
-
“Putinə qarşı səbrim tükənir, çox sərt şəkildə hərəkət edə bilərik”
-
"Giorgio Armani" brendi kimə miras qaldı?
-
Culfada 4 polisin öldüyü qəzadan GÖRÜNTÜLƏR - VİDEO
-
İsrail qatılsa, Avroviziyadan gedəcəklər...
-
Gənclər şəhərciyində yanğın olub - zəhərlənənlər var - YENİLƏNİB - VİDEO
-
Bürclərin 2025-ci ilin sonuna qədər ən şanslı günü
-
Qurban Qurbanov Ramil Şeydayev barədə açıqlama verdi
-
Ermənistan və Türkiyə razılığa gəldi
-
Bu ətirlər hormon sistemini pozur - Açıqlama
-
Leyla qızı və öz adını kosmosa göndərir - FOTO
-
“Qarabağ” “Zirə” ilə bərabərə qaldı