Cəmiyyət

Dövlət orqanları kateqoriyasına daha iki struktur daxil ediləcək

25 Sentyabr 2012 11:24
Baxış: 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanaraq parlamentə təqdim olunub.

Layihədə Baş Prokurorluq 1-ci, Respublika Hərbi Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu 2-ci, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu və Bakı Şəhər Prokurorluğu 3-cü, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları 4-cü kateqoriyalı dövlət orqanlarının təsnifatına daxil edilib.

Digər dəyişikliyə əsasən, rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının tabeliyində olan orqanların mütəxəssislərinin vəzifələri 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının inzibati və yardımçı vəzifələrinin təsnifatına daxil edilib.

Təklif olunan digər dəyişiklikdə qeyd olunur ki, xüsusi dövlət mühafizə xidmətində qulluq dövlət qulluğunun xüsusi növüdür və bu orqanlarda dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi "Dövlət qulluğu haqqında" qanunla tənzimlənmir.

Qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.