Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq Cümhuriyyəti ordusunun qəhrəman savaşçısı
8 Sentyabr 2012 13:29
Baxış: 2 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Osman ağa Gülməmmədov
AXC hakimiyyəti dövründə Azərbaycanın istiqlalı uğrunda böyük qəhrəmanlıqlar göstərən hərbçilərin bir hissəsi sovet işğalından sonra ölkəni tərk etmək məcburiyyətində qaldı. Onlardan biri də sonrakı hərbçi taleyini qardaş Türkiyədə yaşamış Osman ağa Gülməmmədovdur. O, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti Əhməd ağa Gülməmməd ağa oğlunun qardaşıdır.
Osman ağa Gülməmmədov 16 avqust 1892-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasındakı Salahlı kəndində bəy ailəsində anadan olmuşdu. O, Birinci Dünya Müharibəsi illərində süvari alayında döyüşüb. Osman ağa sıravi əsgər kimi xidmətə başlayıb, 1915-ci ildə kiçik uryadnik rütbəsinə layiq görülüb. Döyüş yolu Avstriya və Rum cəbhələrində olub, həmin il Avstriya cəbhəsində Briqen şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. 1916-cı ilin mart ayında baş uryadnik və 1917-ci ilin iyununda milis-yunkeri rütbəsi ilə təltif olunub. 1918-ci ildə Kürdəmir, Müsüslü, Səngəçal döyüşlərində bolşeviklərə qarşı vuruşub. Onun süvari dəstəsi düşməndən yüz altı nəfər aşağı rütbəli əsgər, üç zabit, bir həkim əsir alıb, qənimət kimi üç pulemyot götürüb.
Osman ağa Gülməmmədov Birinci Dünya Müharibəsi illərində cəbhədə göstərdiyi qəhrəmanlığa görə ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" xaçı, ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Demokratik Respublikası hökumətinin hərbi rütbələr haqqında 16 may 1918-ci il tarixli 26 saylı əmri ilə O. Gülməmmədova hərbi şücaətlərinə görə starşinalıq imtiyazı ilə poruçik rütbəsi verildi, vəzifəsi yüksəldilərək üçüncü bölüyün komandiri təyin olundu. Hər iki əmri də hərbi nazir vəzifəsini müvəqqəti icra edən general-leylenant Əliağa Şıxlinski təsdiq etmişdi.
Osman ağa Gülməmmədov 1918-ci il sentyabrın 15-də Bakı döyüşlərində iştirak edib. Avqustun 17-də Bakıya hücum zamanı bolşeviklərlə döyüşlərdə kornet Osman ağa Gülməmmədov süvari kəşfiyyat dəstəsində olarkən Balaxanı kəndinin şimal-qərb hündürlüyündən rəqibin arxasına keçərək onu Bakı şəhəri istiqamətində geri çəkilməyə məcbur etmişdi. Milli ordunun piyada qoşunu isə bundan müvəffəqiyyətlə istifadə edə bilmişdi. Döyüşlərdə göstərdiyi igidliyə görə Osman ağa Gülməmmədova kornet süvari qoşununda birinci zabit rütbəsi və general Nuru paşanın əmrilə Türkiyənin beş qılınclı "Məcidiyyə" ordeni ilə təltif olundu. Arxiv sənədlərində yazılr ki, təsvir edilmiş döyüşdə adını çəkdiyimiz kornet Osman ağa Gülməmmədovun komandası altında vuruşan süvarilər öz imzaları ilə onun qəhrəmanlığını təsdiq edirlər: Həmzə İsmayıloğlu, milis yunkeri Kərim Yaqubov, praporşik Paşa bəy Rüstəmov, milis yunkeri Dəmir Paşa oğlu və başqaları.
Osman ağa Gülməmmədov həmin ilin iyul ayında bölüyü ilə birlikdə Qusara Şimal sərhədlərimizin qorunmasında general Denikinə qarşı vuruşa göndərilir və burada da qəhrəmanlıqlar göstərir. 1919-cu ilin yanvar ayında onun sıralarında döyüşdüyü birinci Azərbaycan süvari alayı hərbi nazirin şəxsi təşəkkürünü qazanır.
Türkiyəyə mühacirət
1920-ci ilin martında Qarabağ və Zəngəzurda düşmən təhlükəsi kəskin surətdə artır. Erməni-daşnak qoşun birləşmələri martın iyirmi birindən iyirmi ikisinə keçən gecə Xankəndində yerləşən birinci Cavanşir piyada alayının kazarmalarına qəfil basqın edir. Novruz bayramı axşamı Xankəndinə hücum edib Əsgəran yolunu bağlayırlar. Poruçik Osman ağa Gülməmmədov həmin odlu döyüşlərin fəal iştirakçısı olur. Aprelin ikisində onun bölüyü daşnakların Əskərandan qovulmasında mərdliklə vuruşur. 28 aprel istilasından sonra müsavat zabiti Osman ağa Gülməmməd ağa oğlu Gülməmmədov Türkiyəyə mühacirətə geməyə məcbur olmuşdur.
Osman ağa Gülməmmədov Qarsda Kazım Qarabəkir Paşa tərəfindən Şərq Ordusuna xidmətə qəbul olunmuş, beləliklə, Anadoluda Mustafa Kamal Paşanın başlatdığı milli mücadiləyə qoşulmuşdu. Osman ağanın xidmət etdiyi bölüklərin Qarsda mərkəzi hökumətə qarşı qiyamın boğulmasında, onların yerində oturdulmasında iştirak etdiyi barədə məlumatlar var. Qarsın qurtuluşundan sonra Azərbaycan alayı Qərb cəbhəsinə yola düşür və Anadolunun yunan işğal güclərindən təmizlənməsində qəhrəmanlıqla çarpışır. Bu savaşlarda göstərdiyi müstəsna igidliklərə görə Osman ağa qırmızı şəridli (bantlı) "Istiqlal" ordeni ilə təltif edilmişdir. Bu ordeni onun sinəsinə Mustafa Kamal Paşa özü asmışdır. Savaş bitdikdən sonra azərbaycanlılardan ibarət könüllü alay buraxıldığı üçün əsgərlər ağır şərtlər altında yaşamağa məhkum olmuşlar. Həmin vaxtlar millət vəkili Əhməd bəy Ağaoğlunun (azərbaycanlı mühacir, görkəmli siyasi xadim Əhməd bəy Ağayev) prezident Mustafa Kamal Paşaya şəxsən müraciətindən sonra bir sıra azərbaycanlı zabitlər sırasında Osman ağa Gülməmmədov da 1926-cı ildə Türkiyə vətəndaşlığını qəbul edilmək şərti ilə Qafqaz sərhədlərində yerləşən orduya qəbul edilmiş, xidmət illərində albay (polkovnik) rütbəsinə qədər yüksəlmişdir. Türkiyədə Kazak soyadı qəbul edən Osman ağanın albay rütbəsindəykən hərbi xidmətdən istefaya çıxır.
Qars torpağında sona çatan ömür
Mustafa Kamal Atatürkün adından onun hərbi xidmətində böyük uğurlar qazanmasından dolayı təşəkkür olaraq Səlim səmtində, "Qazi" adı ilə tanınan yerdə torpaq sahəsi və böyük bir dəyirman verilir. Osman Kazak hərbi xidmətdən istefaya çıxdıqdan sonra Qarsda yaşamışdır. Evi şəhərin Yusif Paşa məhəlləsində imiş. Ona böyük etimad göstərərək Qars vilayət məclisinə (əncümən) üzv seçmişdilər. Osman ağa vilayətdə hörmətli şəxslərdən olmuşdur. Üç dövlətin hərbi savaşlarında müstəsna qəhrəmanlıqlara imza atmış həmyerlimiz 1950-ci il noyabrın 1-də vəfat etmişdir.
Osman Kazak böyük əsgəri törənlə Qars şəhidliyində dəfn olunmuşdur. Qars vilayət qəzetinin 2 noyabr sayında bu mərasim barədə "Osman Kazak vəfat etdi" başlığı ilə dərc edilən nekroloq onun övladlarının ailə arxivində saxlanılır: "Karsın tanınmış və sevilmiş simalarından Osman Kazak iki sənədən bəri çəkməkdə olduğu mədə kanseri nəticəsində 1 kasım çərşənbə günü saat 15-də vəfat etmiş və cənazəsi əsgəri mərasimlə 2 kasım pərşənbə günü öglə namazına mütəaqib böyük bir xalq qalabalığının da iştirakı ilə şəhitlikdə əbədi istirahətgahına tevdi edilmişdir. Şəhitlikdə yapılan mərasimdə qarnizon komutanı albay Daniş Karabelen və hafiz Kurban Yurtsevən mərhum haqqında xütbədə bulunmuşlar. Kars mərhuma Tanrıdan rəhmətlər dilər, ailəsi əfradına və dostlarına başsağlığı dilər".
Vilayət qəzeti mərhumun həyatından da yazmışdır: "Azərbaycanın Qazax əyalətində doğulmuş olan Osman bəy 1920-ci ildə Milli Azərbaycan Hökumətinin inhilalı üzərinə Irana, oradan Türkiyəyə, tam təchizatlı bir süvari alayında yüzbaşı olaraq Karsa gəlmiş və alayı ilə birlikdə Karsın qurtuluşunda iştirak etmişdir. Kars qurtulduqdan sonra bu süvari alay Qərb cəbhəsinə gedərək Istiqlal hərbində iştirak etmiş və Osman bəy bu hərbdə də yararlıqlar göstərdiyindən qırmızı şəridli "İstiqlal" madalyası ilə təltif edilmişdir. Osman bəy son vətən qurtuluşuna mütəaqib ordudan istefa etmiş və Karsa gələrək yerləşmişdir. Kəndisi şəhrimizdə ticarətlə məşğul olurkən, Xalq Partiyasında fəal vəzifələr almış, uzun müddət Kars vilayət məclisi və daimi əncümən əzalığında bulunmuş və 7-ci devrədə vilayət ümumi məclisində Sarıqamışı təmsil etmişdir. Son sənələrdə hökumətcə kəndisinə verilmiş dəyirmanında məşğul idi. Mərhumun üç qızı, üç oğlu qalmışdır"...
Osman Kazak Qarsda hərbi xidmətdə ikən 1931-ci ildə əslən Gümrüdən olan Nəzakət xanımla evlənib, onların üç oğlu və üç qızı olub.
"Azadlıq"

DİGƏR XƏBƏRLƏR
-
Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi - (Foto)
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir
-
Bakıda sərnişin taksi sifariş etdi: “Lamborghini” gəldi - (Video)
XƏBƏR LENTİ
-
Ağdamda traktor minaya düşdü - (Yenilənib)
-
Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
-
"Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı
-
Avropa Rusiyaya qarşı uzunmüddətli müharibəyə hazır deyil?
-
Almaniya kansleri etiraf etdi: “Bu məni narahat edir”
-
"Rüya gibi"nin aktrisası yeni serialda
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
İran ABŞ gəmilərinə hücum etsə, tankerlərini məhv edəcəyik
-
İstifadə olunmuş çay paketlərini soyuducuya qoyun - səbəb
-
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Pulunuzu göyə sovuracaq 5 işlənmiş maşın
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Qəhvə içib yola çıxan sürücülərin nəzərinə: 20 kilometr sonra...
-
Boyları 1.52 metrdən az olan 7 məşhur - (Fotolar)
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər
-
Sabiq nazir müavini qızına dəbdəbəli toy etdi - (Video)
-
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
-
Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
-
Bugündən Avropaya səyahət edənlər üçün qaydalar sərtləşir
-
"Qarabağ"da gözlənilməz ayrılıq
-
Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - (Video)
-
Günün qoroskopu: Maliyyə məsələlərini bu gün bir kənara qoyun