Bu səbəbdən, hər kəs sürücülük vərdişlərinə yiyələnmək və sürücülük
vəsiqəsi almağa çalışır. Milli.Az xəbər verir ki, Day.Az saytı sürücülük
vəsiqəsinin neçəyə başa gəldiyini araşdırıb.
Azərbaycanda B
kateqoriyalı sürücülük vəsiqəsini almaq üçün sürücülük kurslarında
iştirak vacib deyil. Lakin digər kateqoriyaları əldə etmək üçün kurs
keçmək lazımdır. Kursların qiymətləri aşağıdakı kimidir:
№ |
Sürücülük vəsiqəsinin kateqoriyası |
Kursun müddəti |
Təhsil haqqı (AZN) |
1 |
А |
2 ay |
45 |
2 |
B |
1,5 ay |
50-60 |
3 |
BC |
3 ay |
80 |
4 |
D |
1,5 ay |
85 |
5 |
E |
1,5 ay |
85 |
Bundan başqa sürücülük vəsiqəsi almaq üçün imtahanlarda iştirak etmək üçün dövlət rüsumu 20 manatdır.
Kurs keçməkdən əlavə sürücü olmaq üçün sağlamlıq da vacibdir. İmtahanda iştirak etmək üçün tibbi müayinədən də keçmək lazımdır. Sürücülüyə yararlı olmağı sübut etmək üçün tibbi arayışda aşağıdakı mütəxəssislərin qeydləri olmalıdır:
- terapevt;
- nevropatoloq;
- okulist;
- lor;
- cərrah;
- qinekoloq (zərif cinsin nümayəndələri üçün);
- endokrinoloq;
- kardioloq;
Sürücü olmaq istəyənlər aşağıdakı analizləri də verməlidirlər:
- Qanda şəkərin miqdarının yoxlanılması üçün qan analizi;
- Şəkərin yoxlanılması üçün sidik analizi;
- Sinə qəfəsinin rentgenokopiyası.
Sürücülüyə yararlılıq barədə tibbi arayışın qüvvədə olma müddəti üç ildir.
Milli.Az