Azərbaycanda sürücülük vəsiqəsi neçəyədir?

3 Sentyabr 2012 17:49

Bu səbəbdən, hər kəs sürücülük vərdişlərinə yiyələnmək və sürücülük vəsiqəsi almağa çalışır. Milli.Az xəbər verir ki, Day.Az saytı sürücülük vəsiqəsinin neçəyə başa gəldiyini araşdırıb.

Azərbaycanda B kateqoriyalı sürücülük vəsiqəsini almaq üçün sürücülük kurslarında iştirak vacib deyil. Lakin digər kateqoriyaları əldə etmək üçün kurs keçmək lazımdır. Kursların qiymətləri aşağıdakı kimidir:

Sürücülük vəsiqəsinin kateqoriyası  

Kursun müddəti

Təhsil haqqı (AZN)

1

А

2 ay

45

2

B

1,5 ay

50-60

3

BC

3 ay

80

4

D

1,5 ay

85

5

E

1,5 ay

85

Bundan başqa sürücülük vəsiqəsi almaq üçün imtahanlarda iştirak etmək üçün dövlət rüsumu 20 manatdır.

Kurs keçməkdən əlavə sürücü olmaq üçün sağlamlıq da vacibdir. İmtahanda iştirak etmək üçün tibbi müayinədən də keçmək lazımdır. Sürücülüyə yararlı olmağı sübut etmək üçün tibbi arayışda aşağıdakı mütəxəssislərin qeydləri olmalıdır:  

- terapevt;
- nevropatoloq;
- okulist;
- lor;
- cərrah;
- qinekoloq (zərif cinsin nümayəndələri üçün);
- endokrinoloq;
- kardioloq;

Sürücü olmaq istəyənlər aşağıdakı analizləri də verməlidirlər:

- Qanda şəkərin miqdarının yoxlanılması üçün qan analizi;

- Şəkərin yoxlanılması üçün sidik analizi;

- Sinə qəfəsinin rentgenokopiyası.

Sürücülüyə yararlılıq barədə tibbi arayışın qüvvədə olma müddəti üç ildir. 

Milli.Az