DYP sürücülərə müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bugündən etibarən ölkəmizin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışların leysan xarakterli və intensiv olacağı gözlənilir.
Bununla əlaqədar BDYPİ müraciət yayımlayıb.
Müraciətdə sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq, nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Qeyd olunur ki, yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi artırılmalı, qəfil manevrlərdən və kəskin tormozlamalardan çəkinilməli, avtomobilin işıq cihazlarından düzgün istifadə edilməlidir.
Eyni zamanda, piyadalardan da yollarda xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Yağışlı havada görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin dayanma məsafəsinin artmasına səbəb ola bilər. Bu səbəbdən piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, yolun hərəkət hissəsinə qəfil çıxmamalı və keçid zamanı diqqəti yayındıran cihazlardan istifadə etməməlidirlər.
"Bir daha yol hərəkəti iştirakçılarını gözlənilən əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına ciddi əməl etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırırıq", - deyə müraciətdə vurğulanıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ay 2 bürc üçün uğur gətirəcək - Astroloqlardan proqnoz
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Məşhur türk serialı final edir
-
"Sabah" bu gün "Orhus"la cavab oyununa çıxacaq
-
Rəqsanənin konsert geyimi müzakirə yaratdı - (Video)
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Daha bir nəfər dənizdə batdı
-
5 rayon və Bakının iki rayonunda işıq kəsiləcək
-
DYP sürücülərə müraciət etdi
-
Səhər oyanan kimi çarpayısını yığışdıran hər kəsin diqqətinə
-
Ayağına dəyən daşı sındırdı, içindən sərvət çıxdı
-
Psixopatları ələ verən 6 davranış: Əvvəlcə heç bir şübhə çəkmirlər
-
Paltarı canlı orqanizmdən düzəltdilər, özünü bərpa edir
-
Yayda ağcaqanad dişləməsindən qorunmağın sadə yolu
-
Nə qoxusu, nə dadı, nə də rəngi: Əsl zeytun yağı yalnız belə bilinir
-
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
-
Azərbaycanda avtomobillər 600 manatdan başlayaraq hərraca çıxarılır
-
Dənizdə boğulma halları niyə artır? - (Video)
-
“Təhsilin rektor olmağa nə dəxli var ki?” - "Şərurlu İsfəndiyar" (Video)
-
Mourinyo "Real"ın ulduzunu getməyə qoymadı
-
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
-
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
-
Biləcəridə bina sakinlərinin hotel kabusu: "Gecələr rahatlığımız pozulub" (Video)
-
Ronald Arauxo “Liverpul”a keçdi





