Paytaxtda yaşıllaşdırma tədbirləri sürətlənib - Yeni ağaclar və dekorativ güllər əkilir - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Milli.Az xəbər verir ki, müşavirədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, yaşıllaşdırma sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr, kommunal xidmətlərin fəaliyyəti, müzakirə olunub. Bildirilib ki, Bakı şəhərində yaşıllaşdırma tədbirləri davam etdirilirvə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni növ ağac və kölların əkilməsi həyata keçirilir.
Qeyd edilib ki, son illərdə aparılan tədbirlər nəticəsində şəhərdə yaşıllıq və flora müxtəlifliyi əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, paytaxtın iqlim şəraitinə uyğunlaşan yeni ağac, kol və gül növlərinin birliyin xüsusi istixanalarında yetişdirilməsi və daha sonra əkilməsi davam etdirilir. Bu işlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, biomüxtəlifliyin artırılması və urbanistik landşaftın daha da zənginləşdirilməsi məqsədini daşıyır.
Qlobal iqlim dəyişiklikləri və su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə yaşıllaşdırma tədbirlərində əsasən quraqlığa davamlı və yerli iqlimə uyğun bitki növlərinə üstünlük verilir. Eyni zamanda, müxtəlif rəngli dekorativ ağac və kolların əkilməsi şəhərin estetik görünüşünün daha da gözəlləşdirilməsinə xidmət edir.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əkilən bitkilər sırasında Kanna, Platicodon, Vinka və digər müxtəlif rəngli dekorativ güllərlə yanaşı, katalpa, meliya, sapindus, deloniks və şəhərin iqlim şəraitinə uyğun bir sıra ağac növləri də yer alır.
Sözügedən yaşıllaşdırma layihələri birliyin təcrübəli landşaft dizaynerləri və mütəxəssisləri tərəfindən aparılır. Paytaxtın yaşıllıq növləri sayının genişləndirilməsi, yeni ağac, gül və kol növlərinin əkilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
-
Qubada dəbdəbəli Hindistan toyu - Gəlin azərbaycanlıdır - (Foto)
-
Bakıda restoranda "dəcəl quzu", "xoruz dəyməyən toyuq" kababı satılır - (Video)
-
Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək - (Yenilənib)
-
Beş yaşlıların məktəb seçiminə başlandı
-
Kəlbəcərdə sursat partladı: Xəsarət alan var
XƏBƏR LENTİ
-
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
-
Qubada dəbdəbəli Hindistan toyu - Gəlin azərbaycanlıdır - (Foto)
-
Kansler: Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır
-
Azərbaycan iqtisadi baxımdan Almaniya üçün çox maraqlı perspektivlər təqdim edir - Merts
-
Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb
-
Bahar Lətifqızı yatağa düşən doğmasına görə göz yaşı tökdü - (Video)
-
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
-
Prezident İlham Əliyev: Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var
-
Prezident İlham Əliyev: Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulub
-
Prezident İlham Əliyev: Alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülüb
-
“Mançester Siti”nin keçmiş ulduzu “Bursaspor”a keçdi
-
Prezident İlham Əliyev: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir
-
Prezident İlham Əliyev: Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək
-
Prezident İlham Əliyev: Əminəm ki, bu gün imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq
-
Bakıda restoranda "dəcəl quzu", "xoruz dəyməyən toyuq" kababı satılır - (Video)
-
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuat konfransı keçirirlər
-
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb
-
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
-
Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək - (Yenilənib)
-
Klinika rəhbəri TV əməkdaşlarına hücum etdi - (Video)
-
Bu da "Kızılcık Şerbeti"nin ulduzunun 9 milyonluq avtomobili - (Foto)
-
Zaur Baxşəliyev oğlunun dişini özü çəkdi – (Video)
-
Beş yaşlıların məktəb seçiminə başlandı
-
Sərdar Ortaçın səhhəti yenidən pisləşdi: Ayağa qalxa bilmir - (Foto)





