AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuza malik "Great Place to Work" sertifikatına layiq görülüb. Bu sertifikat şirkətin əməkdaş təcrübəsi və təşkilati mədəniyyət sahəsində beynəlxalq səviyyədə tanınan standartlara cavab verdiyini təsdiqləyir.
Milli.Az xəbər verir ki, "Great Place to Work®" sertifikatı əməkdaşların anonim rəyləri əsasında aparılan müstəqil qiymətləndirmənin nəticələrinə əsasən təqdim edilir və iş yeri mədəniyyəti, rəhbərliyə etimad, əməkdaş məmnuniyyəti, inklüzivlik və insan mərkəzli idarəetmə prinsiplərinin beynəlxalq səviyyədə tanınan göstəricilərindən hesab olunur. Qiymətləndirmənin nəticələrinə əsasən, sorğuda iştirak edən Azərbaycan Hava Yolları əməkdaşlarının təxminən 80 faizi şirkəti işləmək üçün etibarlı və müsbət iş mühiti kimi qiymətləndirib.
Milli aviadaşıyıcı insan kapitalını strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edib və bu sahəyə ardıcıl investisiya yatırır. Şirkət əməkdaşların peşəkar inkişafının dəstəklənməsi, davamlı təlim və inkişaf imkanlarının genişləndirilməsi, bərabər imkanlar yaradan sağlam iş mühitinin təşviqi, eləcə də müasir idarəetmə yanaşmalarının tətbiqi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
"Bu sertifikat bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki birbaşa əməkdaşlarımızın rəylərinə əsaslanır. Bu nəticə Azərbaycan Hava Yollarında etimada əsaslanan iş mühitinin və insan kapitalının inkişafına verdiyimiz önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Qarşıdakı dövrdə də əməkdaşlarımız üçün inkişaf imkanlarını genişləndirməyə və müasir, inklüziv iş mühitini daha da gücləndirməyə davam edəcəyik", - deyə Azərbaycan Hava Yollarının insan resursları direktoru Ellada Alışova bildirib.
İlk dəfə əldə olunan "Great Place to Work" sertifikatı Azərbaycan Hava Yollarının insan kapitalının inkişafına yönəlmiş uzunmüddətli strategiyasının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu nəticə şirkətin etibarlı işəgötürən kimi mövqeyini möhkəmləndirməklə yanaşı, insan resurslarının inkişafına və əməkdaş məmnuniyyətinə verdiyi önəmi də bir daha təsdiqləyir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Sudan arasında vizasız gediş-gəlişlə bağlı saziş təsdiqləndi
-
TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Bakının və Abşeronun bəzi ərazilərində işıq kəsiləcək
-
Prezident İlham Əliyev: Son vaxtlar coğrafi mövqeyimizin bu qədər böyük tələbat görəcəyini gözləmirdik
-
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi vacib layihədir
-
Ardıcıl ikinci dəfə “Uimbldon”un qalibi oldu
-
Azərbaycan və Sudan arasında vizasız gediş-gəlişlə bağlı saziş təsdiqləndi
-
Prezident İlham Əliyev: Tramp sülhsevər və sülhü gətirə biləcək insandı
-
Prezident İlham Əliyev: Hökumətdə Avropa Şurasından tamamilə çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirmişdik
-
Prezident İlham Əliyev: Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var
-
TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib
-
Prezident İlham Əliyev: Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək ümumi strategiyamızın tərkib hissəsidir
-
Əminə Şirin: "Demək ki, o ibadət sənə heç nə öyrətməyib"
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir
-
Nəriman start heyətində yer aldı, “Börnli” ilə heç-heçə etdilər
-
Prezident İlham Əliyev: İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir
-
Sumqayıtda Xəzər dənizi quruyur - (Video)
-
Prezident İlham Əliyev: Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq
-
Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir
-
Rusiyada güclü zəlzələ oldu
-
Prezident İlham Əliyev Şuşa Forumunda 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunub
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır
-
Rus hokkeyçi 2 milyon dollara Messinin qonşusu oldu - (Foto)
-
Prezident İlham Əliyev AŞPA və Avropa Parlamenti ilə münasibətlər barədə: Biz münasibətlərin normallaşmasına hazırıq, ancaq ilk addımı onlar atmalıdırlar
-
ABŞ İraqa dolları qaytardı, əvəzində təhlükəli öhdəlik aldı
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Yıldız Tilbenin bu rəqsi gündəm oldu – (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək





