TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Video yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok üçün Azərbaycandakı istifadəçilər üçün təhlükəsiz və rahat rəqəmsal mühitin formalaşdırılması əsas prioritetlərdən biri olaraq qalır. Məhz buna görə də şirkət istifadəçilərin qorunmasına, kontent yaradıcılarının dəstəklənməsinə yönəlmiş tədbirlər barədə məlumat verən İcma Qaydalarına Əməl Olunması Hesabatını mütəmadi olaraq dərc edir.
TikTok 2026-cı ilin birinci rübü üzrə "İcma Qaydalarının tətbiqi haqqında" hesabatını açıqlayıb. Hesabatda platformanın istifadəçi təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü işlərin nəticələri, eləcə də kontent moderasiyasına yanaşmalardakı yeniliklər əks olunub.
Hesabata əsasən, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda:
- İcma Qaydalarının pozulmasına görə 590 mindən çox video silinib;
- Silinən videoların 99,4%-i platforma tərəfindən proaktiv şəkildə, yəni istifadəçi şikayəti daxil olmadan aşkarlanaraq aradan qaldırılıb;
- İcma Qaydalarına uyğun olmayan videoların 95,7%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
Eyni dövr ərzində TikTok qlobal miqyasda:
- İcma Qaydalarını pozan 184 milyondan çox videonu silib;
- Qayda pozuntularının 99,3%-i istifadəçi şikayəti daxil olmadan aşkarlanıb;
- Bu cür kontentin 94,4%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
2025-ci il ərzində isə TikTok Azərbaycanda İcma Qaydalarının pozulması səbəbindən 3,6 milyondan çox videonu platformadan silib.
2026-cı ildə TikTok istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yanaşmalarını təkmilləşdirməyə və kontent moderasiyasında süni intellekt texnologiyalarının tətbiqini genişləndirməyə davam edir. Bu ildən etibarən şirkət ilk dəfə olaraq platformadan avtomatik silinən kontentlə bağlı statistikaya süni intellekt texnologiyaları vasitəsilə silinmiş videoları da daxil edir. Hazırda avtomatlaşdırılmış sistemlər, o cümlədən süni intellekt texnologiyaları platformada silinən bütün kontentin 96%-dən çoxunu aşkarlayaraq operativ şəkildə aradan qaldırır. Bu isə platformanın tələblərinə zidd olan paylaşımların daha operativ aşkarlanmasına imkan yaradır.
TikTok LIVE yayımların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri də davamlı olaraq gücləndirir. Platforma 2026-cı ilin birinci rübündə dünya üzrə 50,8 milyon canlı yayımı dayandırıb. Bununla yanaşı, TikTok canlı yayımlar zamanı qazanc imkanlarını tənzimləyən qaydaların tətbiqini də təkmilləşdirir. Məqsəd orijinal və keyfiyyətli LIVE-kontent yaradan müəlliflərin dəstəklənməsini və mükafatlandırılmasını təmin etməkdir. 2026-cı ilin birinci rübünün nəticələrinə əsasən, platforma TikTok-un tələblərinin pozulması səbəbindən 58,2 milyondan çox canlı yayım üzrə müəlliflərə xəbərdarlıq edib və ya onların monetizasiya alətlərinə çıxışını məhdudlaşdırıb.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri siyasətindən əziyyət çəkir
-
Baş prokurorun qəbuluna necə yazılmaq olar?
-
Gömrükdə yeni qayda: Bu mallar sənədsiz Azərbaycana buraxılmayacaq
-
Əsgər gedən oğlu ilə atanın zarafatı - (Video)
-
Azərbaycan və Sudan arasında vizasız gediş-gəlişlə bağlı saziş təsdiqləndi
-
TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi qəbul edilməməlidir
-
Türkan Şoray imtina etdiyi "Çalı kuşu" serialından danışdı - (Video)
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib
-
BYD-nin keyfiyyətinə şübhə edənlər baxsın: "Mercedes" isə... - (Video)
-
Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsi barədə: Müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir
-
Prezident İlham Əliyev: Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri siyasətindən əziyyət çəkir
-
Prezident İlham Əliyev: Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib
-
Prezident İlham Əliyev: Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur
-
Baş prokurorun qəbuluna necə yazılmaq olar?
-
ABŞ-ın İran əməliyyatı: 13 şəhər hədəf seçildi
-
Prezident İlham Əliyevdən qonşu ölkələrə çağırış: Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız
-
Prezident İlham Əliyev: Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik
-
Türkan Vəlizadə: "Ailə-uşaq istəmirəm, taqətim yoxdur"
-
Gömrükdə yeni qayda: Bu mallar sənədsiz Azərbaycana buraxılmayacaq
-
Prezident İlham Əliyev: Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır
-
Əsgər gedən oğlu ilə atanın zarafatı - (Video)
-
Prezident İlham Əliyev: Bu gün bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır
-
Prezident İlham Əliyev Monteneqro Prezidentini Dövlətçilik Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev: Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu
-
Prezident İlham Əliyev: Azərbaycanla Rusiya arasında münasibətlər tam normallaşıb
-
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi vacib layihədir
-
Ardıcıl ikinci dəfə “Uimbldon”un qalibi oldu
-
Azərbaycan və Sudan arasında vizasız gediş-gəlişlə bağlı saziş təsdiqləndi
-
Prezident İlham Əliyev: Tramp sülhsevər və sülhü gətirə biləcək insandı





