Siyasət

Prezident İlham Əliyev: Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu

13 İyul 2026 11:18
Baxış: 274

Bayden senator olanda o, Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu. Onun regionla bağlı baxışı bu idi - region parçalanmalı idi, münaqişələr içərisində olmalı idi, qarşıdurma olmalı idi. Əlbəttə ki, belə olan şəraitdə məqsədlərə nail olmaq daha asan olur.

Bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.

"Ancaq cənab Trampın təbiəti fərqlidir. O, sülhü istəyir və sülhü imkan kimi görür. Bu gün sülh artıq bərqərar olunubdur, artıq yeni imkanlar yaradılıb", - deyə dövlətimizin başçısı qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.