Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Hava Yollarının 6 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.
Milli.Az xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.
Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.
Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir. Aviasiyada qərarlar marşrut boyunca, qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir. Məsələn, ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı, aşağı görünmə məsafəsi və ya tufan buludları yer səviyyəsindən aydın görünməyə bilər. Lakin bu meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda at əti niyə geniş yayılmayıb?
-
Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
-
Dövlət qurumunun 32 yaşlı əməkdaşı öldü - (Foto)
-
Dəniz suyunun saçlara vurduğu zərər
-
Komendantın göstərişi ilə mühafizəçi sakinin avtomobilini həyətə buraxmaya bilər? - ARAŞDIRMA
-
Müddətli əmək müqaviləsi ilə işləyənlərin nəzərinə! - Ali Məhkəmədən mühüm qərar
XƏBƏR LENTİ
-
Hövsanda xəsarətlə nəticələnən avtoqəzanın anbaan (Videosu)
-
Mənimsəmə işində maraqlı hökm: Sabiq rəis cərimələndi, mühasib həbs edildi
-
Ramiz İdrisoğlu yeni vəzifəyə təyin olundu
-
Antalyada gözəlləşmək istəyən qadını görün nə günə saldılar - (Foto)
-
Azərbaycanda at əti niyə geniş yayılmayıb?
-
"Neftçi" yarımmüdafiəçisini göndərdi
-
Bakıda bələdiyyə sədri bıçaqlandı - Tutulan var
-
Fatimə: "Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"
-
Səbuhi Rəcəbə hökm oxundu - Dünya çempionu azadlıqda qaldı
-
Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
-
Tanınmış futbolçu, əməkdar məşqçimiz vəfat etdi - (Foto)
-
Arzum bu halda azadlığa çıxa bilər
-
Mbappenin üzünə nə olub? - İzlər müzakirə yaratdı - (Foto)
-
Dövlət qurumunun 32 yaşlı əməkdaşı öldü - (Foto)
-
Xanəndə Pərviz dünya çempionu oldu - (Foto)
-
Shahin Novrasli Festival 2026 ədəbi müsabiqəsinin qalibləri mükafatlandırılıb – (Foto)
-
Bakıda küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Şıx çimərliyində dənizə nə tökülür? - Rəsmi açıqlama - (Video)
-
“Məni axtar darıxanda” – İlqar Fəhminin yaradıcılıq gecəsi keçirilib – (Foto)
-
Dəniz suyunun saçlara vurduğu zərər
-
Azərbaycan Rusiyaya nota verdi
-
Hüseyn Məhəmmədoğlu yenidən ata oldu
-
Hakimimiz Konfrans Liqasının oyununa təyinat aldı
-
Komendantın göstərişi ilə mühafizəçi sakinin avtomobilini həyətə buraxmaya bilər? - ARAŞDIRMA





