Azərbaycanda at əti niyə geniş yayılmayıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
At ətinin istehlakı illərdir cəmiyyətdə mübahisə doğuran mövzulardan biridir. Bir qrup insan bunu tamamilə yolverilməz hesab etdiyi halda, dünyanın bir çox ölkəsində at əti gündəlik qidalanmanın tərkib hissəsi kimi istifadə olunur.
Mövzu ilə bağlı qida eksperti Ağa Salamov Milli.Az-a açıqlamasında bu ətin düzgün şəraitdə yetişdirilmiş heyvanlardan əldə olunduğu halda istehlak üçün yararlı olduğunu bildirib.
Ekspert qeyd edib ki, "at əti yeyilməz" fikri doğru deyil:
"At əti yeyilə bilər. Mən özüm də Şuşada keçirilən Türk Mətbəxi Festivalında müxtəlif üsullarla hazırlanmış at ətlərinin dadına baxmışam. Qazaxıstan başda olmaqla bir sıra türk dövlətlərindən hisə verilmiş, bastırma edilmiş və digər üsullarla emal olunmuş at əti məhsulları nümayiş etdirilmişdi".
A.Salamovun sözlərinə görə, hər atın əti qida üçün uyğun hesab edilmir:
"Yarışlarda istifadə olunan, yük daşıyan, çobanların mindiyi və ağır işlərdə çalışan atların ətinin yeyilməsi məqsədəuyğun deyil. Bu heyvanların əzələ toxuması daha inkişaf etmiş olur, buna görə də ətləri sərt və keyfiyyət baxımından aşağı sayılır. Bu cür ətin istehlakı insanı zəhərləmir, lakin keyfiyyətli hesab edilmir".
Qida eksperti vurğulayıb ki, istehlak üçün yalnız qida məqsədilə xüsusi fermalarda yetişdirilən atların ətindən istifadə olunmalıdır:
"Yemək üçün nəzərdə tutulan atlar xüsusi fermalarda saxlanılır, kökəldilir və yalnız ət istehsalı məqsədilə yetişdirilir. Onlar nə yarış, nə də yük heyvanı kimi istifadə edilir".
A.Salamov bildirib ki, Azərbaycanda belə istehsalın mövcudluğu barədə məlumatı yoxdur:
"Mən tanıdığım belə bir müəssisə yoxdur. Buna görə də ölkə daxilində mənşəyi məlum olmayan at ətinin istehlakını düzgün hesab etmirəm".
Ekspert əlavə edib ki, xaricdən idxal olunan at ətindən və onun məhsullarından istifadə mümkündür:
"Lakin bu zaman məhsulun baytarlıq nəzarətindən keçməsi, sanitar-gigiyena və qida təhlükəsizliyi qaydalarına uyğun istehsal olunması, həmçinin etiketində tərkibində at əti olduğu açıq şəkildə göstərilməlidir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Pensiyalar bu tarixdə ödəniləcək
XƏBƏR LENTİ
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)





