Müddətli əmək müqaviləsi ilə işləyənlərin nəzərinə! - Ali Məhkəmədən mühüm qərar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası daimi xarakter daşıyan əmək funksiyası üzrə işçi ilə qanuni əsas olmadan müddətli əmək müqaviləsinin bağlanmasının yolverilməz olduğu barədə mühüm hüquqi mövqe ortaya qoyub.
Milli.Az Ali Məhkəməyə istinadən xəbər verir ki, qərar müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunma və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi ilə bağlı mübahisə üzrə qəbul edilib.
İş materiallarına əsasən, iddiaçı eyni qurumda beş ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi ilə çalışıb. Sonradan tərəflər arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanıb və həmin müddətin başa çatması əsas gətirilərək əmək münasibətlərinə xitam verilib. İşçi əmrin qanunsuz sayılması, işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, apellyasiya instansiyası bu qərarı ləğv edərək iddianı təmin edib.
Ali Məhkəmə kassasiya baxışı zamanı bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsi əmək funksiyasının daimi xarakter daşıdığı əvvəlcədən məlum olduqda, əmək münasibətləri müddətsiz əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Müddətli əmək müqaviləsi isə yalnız qanunvericilikdə nəzərdə tutulan istisna hallarda bağlana bilər.
Məhkəmə vurğulayıb ki, mübahisəli vəzifə üzrə əmək funksiyasının daimi xarakter daşıması iş materialları ilə təsdiqlənir və belə halda müddətli müqavilənin bağlanması obyektiv zərurət və ya qanuni əsaslarla izah edilməlidir.
Qərarda həmçinin qeyd olunub ki, əmək münasibətlərində "qarşılıqlı razılıq" anlayışı yalnız tərəflərin hüquqi baxımdan bərabər və sərbəst iradəsi əsasında qiymətləndirilə bilər. İşəgötürənin üstün mövqedə olduğu münasibətlərdə formal razılıq əmək müqaviləsinin mahiyyətini dəyişdirmək üçün kifayət etmir.
Ali Məhkəmə əmək hüququnun işçilərin konstitusion hüquqlarının müdafiəsinə xidmət etdiyini, bu sahədə tərəflərin bərabərliyi, ədalət və qanunun aliliyi prinsiplərinin əsas götürülməli olduğunu da qeyd edib.
Nəticədə kassasiya şikayəti təmin edilməyib, apellyasiya instansiyası məhkəməsinin işçinin işə bərpası ilə bağlı qərarı qüvvədə saxlanılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Xoşqədəm: "Dünyanın ən bahalı qəhvəsini içirəm, heyvan nəcisindəndir" - (Foto)
-
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli
-
Türkiyədə qəzaya düşən qadından qəribə sözlər: "1 illik siqaret pulumu buna xərclədim" - (Video)
-
“Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb - (Foto)
-
Qaradağdakı cinayətin detalları: "Yusif Petrol"un sahibinin oğlu arvadı ilə mesajlarına görə qonşusunu öldürüb
-
Ülviyyə Xəlilbəyova: "Saçımı yoldu, pis sözlər dedi"
XƏBƏR LENTİ
-
Xoşqədəm: "Dünyanın ən bahalı qəhvəsini içirəm, heyvan nəcisindəndir" - (Foto)
-
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşdi
-
Trampdan qəribə Meloni paylaşımı: Foto çəkdirmək üçün yalvardı..
-
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli
-
Türkiyədə qəzaya düşən qadından qəribə sözlər: "1 illik siqaret pulumu buna xərclədim" - (Video)
-
“Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb - (Foto)
-
Qaradağdakı cinayətin detalları: "Yusif Petrol"un sahibinin oğlu arvadı ilə mesajlarına görə qonşusunu öldürüb
-
Ülviyyə Xəlilbəyova: "Saçımı yoldu, pis sözlər dedi"
-
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub - Yenilənib
-
Müddətli əmək müqaviləsi ilə işləyənlərin nəzərinə! - Ali Məhkəmədən mühüm qərar
-
Netanyahu Vensə cavab verdi
-
Aparıcı Nərmin: "5 ildir ailəliyəm, ərimin telefonunu 1 dəfə yoxlamamışam" - (Foto-Video)
-
Türkiyədə 21 yaşlı vəkil faciəvi şəkildə öldü - (Foto)
-
40 il sonra penalti qaçıran ilk braziliyalı oldu
-
Nəriman Həsənzadənin son vəziyyəti
-
Sabah çimərliklərdəki hava açıqlandı
-
Bakıda avtobus yandı
-
“Azərbaycan Hava Yollarının 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir”
-
AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? - DOSYE
-
AQTA sədrinə yeni müavin təyin olundu
-
Sabah hava yağışlı olacaq, şimal-qərb küləyi əsəcək
-
52 yaşlı Penelopa Kruz sürücülük vəsiqəsi almaq qərarına gəlib
-
Süni intellekt "Trend İnformasiya Agentliyi"nin xəbər redaksiyasının rəhbərlərindən birinə çevrilib
-
Holann dünya çempionatları tarixinin rekordunu təkrarladı





