Süni intellekt "Trend İnformasiya Agentliyi"nin xəbər redaksiyasının rəhbərlərindən birinə çevrilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trend İnformasiya Agentliyinin xəbər redaksiyasının rəhbərlərindən biri süni intellekt olub.
Milli.Az xəbər verir ki, yeni virtual əməkdaş kollektivdə demək olar ki, dərhal "Qoblin" ləqəbini qazanıb.
"Açığını desəm, Qoblin agentlikdə ən sərt rəhbərdir. Jurnalistlər onu ən güzəştsiz, ən tələbkar rəhbər hesab edirlər. Bu onunla bağlıdır ki, o, çox sürətlidir, onunla razılaşmaq mümkün deyil, heç kim üçün istisna etmir və standartlara uyğun olmayan materialın xəbər lentində yayımlanmasına icazə vermir", - deyə Trend-in baş redaktoru Emin Əliyev Day.Az-a bildirib.
Süni intellekt redaktoru hansı xəbərin sonda xəbər lentində dərc olunacağına, hansının isə dərc edilməyəcəyinə qərar verir.
"İki ay əvvəl Trend yeni biznes modelini işə saldıqdan sonra Qoblinin rolu daha da əvəzolunmaz olub. Süni intellekt artıq Trend-in unikal rəqəmsal platformasına, o cümlədən marketinq sisteminə dərindən inteqrasiya edilib ki, bu da müasir media sahəsində ən qabaqcıl texnoloji həllərə uyğundur. Beynəlxalq xəbər bazarında təmsil olunmaq üçün dünya standartlarına uyğunluq vacib şərtdir. Bu isə Trend-in xəbərlərini qlobal informasiya məkanında daha uğurla irəli aparmasına imkan verəcək", - deyə Əliyev əlavə edib.
Onun sözlərinə görə, bu gün dünyanın aparıcı KİV-ləri redaksiya proseslərində süni intellekt texnologiyalarından fəal şəkildə istifadə edirlər.
"Biz hesab edirik ki, Trend agentliyi bu dəyişikliklərin ön sıralarında olmalıdır. Rəqəmsal platformamız və tətbiq etdiyimiz süni intellekt alətləri müasir tələblərə tam uyğundur", - deyə baş redaktor vurğulayıb.
O əlavə edib ki, yeni rəqəmsal redaktorun səlahiyyətləri mərhələli şəkildə daha da genişləndiriləcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Aparıcı Nərmin: "5 ildir ailəliyəm, ərimin telefonunu 1 dəfə yoxlamamışam" - (Foto-Video)
-
Nəriman Həsənzadənin son vəziyyəti
-
Sabah çimərliklərdəki hava açıqlandı
-
Bakıda avtobus yandı
-
“Azərbaycan Hava Yollarının 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir”
-
AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? - DOSYE
XƏBƏR LENTİ
-
Aparıcı Nərmin: "5 ildir ailəliyəm, ərimin telefonunu 1 dəfə yoxlamamışam" - (Foto-Video)
-
Türkiyədə 21 yaşlı vəkil faciəvi şəkildə öldü - (Foto)
-
40 il sonra penalti qaçıran ilk braziliyalı oldu
-
Nəriman Həsənzadənin son vəziyyəti
-
Sabah çimərliklərdəki hava açıqlandı
-
Bakıda avtobus yandı
-
“Azərbaycan Hava Yollarının 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir”
-
AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? - DOSYE
-
AQTA sədrinə yeni müavin təyin olundu
-
Sabah hava yağışlı olacaq, şimal-qərb küləyi əsəcək
-
52 yaşlı Penelopa Kruz sürücülük vəsiqəsi almaq qərarına gəlib
-
Süni intellekt "Trend İnformasiya Agentliyi"nin xəbər redaksiyasının rəhbərlərindən birinə çevrilib
-
Holann dünya çempionatları tarixinin rekordunu təkrarladı
-
Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı
-
Dünyanın ən böyük hərbi qərargahı müsəlman ölkəsində açıldı
-
"Arzum" yenidən hakim qarşısına çıxarılacaq
-
Cəmilə Qurbanova işdən çıxarıldı
-
Ronaldudan milyonları kədərləndirən sözlər
-
Baş Prokurorluqdan Gürcüstanda öldürülən Fatimə ilə bağlı açıqlama
-
Xumar Qədimovadan polis atası ilə bağlı paylaşım: “Yaraşıqlı, gözəl atam!"
-
Bakıda işləyənlərin maaşı 1400 manata çatır
-
DÇ-2026: Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı
-
Avstraliyanın baş naziri zarafatına görə üzr istədi





