FİFA Trampın xahişi qəbul etdi: Qırmızı kart görsə də oynayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) İntizam Komitəsi ABŞ millisinin hücumçusu Folarin Balogunla bağlı diqqətçəkən qərar qəbul edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qurum futbolçunun diskvalifikasiyasını ləğv edərək onun Belçikaya qarşı Dünya Kubokunun 1/8 final oyununda iştirakına icazə verib.
Məlumata görə, Folarin Balogun Bosniya və Herseqovina ilə 1/32 final qarşılaşmasında rəqib futbolçu Tarik Muharemoviçə qarşı kobud hərəkət etdiyi üçün birbaşa qırmızı vərəqə almışdı. Mövcud qaydalara əsasən, belə halda futbolçu növbəti matçı avtomatik buraxmalıdır.
Bununla belə, FIFA İntizam Məcəlləsinin 27-ci maddəsinə əsaslanaraq cəzanın icrasını bir illik sınaq müddəti ilə əvəz edib. Qərara əsasən, Folarin Balogun sınaq müddətində oxşar qayda pozuntusuna yol verərsə, diskvalifikasiya qüvvəyə minəcək.
Bu qərar Dünya Kuboku tarixində ilk belə presedent kimi qiymətləndirilir.
Qərar Kral Belçika Futbol Assosiasiyası (RBFA) tərəfindən narazılıqla qarşılanıb. Təşkilat yaydığı açıqlamada FIFA-nın öz qaydalarına zidd addım atdığını bildirərək bütün mümkün apelyasiya variantlarını nəzərdən keçirdiyini açıqlayıb.
Mediada yayılan məlumatlara görə, Reuters agentliyi amerikalı futbolçunun cəzasının dayandırılması üçün FIFA prezidenti Canni İnfantinoya ABŞ Prezidenti Donald Trampın şəxsən müraciət etdiyini iddia edib. Bildirilir ki, Donald Tramp bununla bağlı Canni İnfantino ilə telefon danışığı aparıb.
ABŞ lideri daha sonra Folarin Balogunun Belçika ilə oyunda iştirakına şərait yaradıldığı üçün FIFA-ya təşəkkürünü də ifadə edib.
Qeyd edək ki, ABŞ və Belçika milliləri arasında Dünya Kubokunun 1/8 final qarşılaşması iyulun 7-də keçiriləcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Arda Güler cəzalandırıldı
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
XƏBƏR LENTİ
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
-
45 yaşlı qadın yanaraq öldü - Oğlu tutuldu - Yenilənib
-
Şimali Kipr sahillərində gəminin batma səbəbi bilindi
-
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama





