Dünya

Milyonluq təyyarələr səhrada çürüyür: İflas edən şirkətin sonu - (Foto)

5 İyul 2026 20:00
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-nin aşağıbüdcəli aviaşirkəti "Spirit Airlines" fəaliyyətini tam dayandırdıqdan sonra şirkətə məxsus onlarla təyyarə Arizona ştatındakı səhra hava limanlarında saxlanılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkətin parlaq sarı rəngli "Airbus A320" və "Airbus A321" təyyarələri quru iqlimə malik "Goodyear" və "Marana" hava limanlarına köçürülüb.

Bildirilir ki, səhra şəraiti rütubətin az olması səbəbindən təyyarələrin paslanmasının qarşısını alır və uzunmüddətli saxlanma üçün əlverişlidir.

Təyyarələrin daşınmasını həyata keçirən "Nomadic Aviation Group"un rəhbəri Bob Allen bildirib ki, bu prosesə hazırda işsiz qalan keçmiş "Spirit" pilotları da cəlb olunub. Bu ay ərzində müxtəlif şəhərlərdən Arizonaya onlarla təyyarə köçürülüb.

Məlumata görə, hər bir təyyarənin mühərrikinin dəyəri 15-20 milyon dollar arasında dəyişir. Şirkətin planına əsasən, təyyarələr yenidən rənglənərək, digər aviaşirkətlərə satılacaq və ya icarəyə veriləcək.

"Spirit Airlines" iflas proseduru çərçivəsində ümumi dəyəri təxminən 630 milyon dollar olan 27 təyyarənin satışına məhkəmədən icazə istəyib. Satışdan əldə olunacaq vəsaitin borcların ödənilməsinə yönəldilməsi nəzərdə tutulur.

Qeyd edək ki, şirkət pandemiyadan sonra artan əməliyyat xərcləri, yüksək borc yükü və uğursuz birləşmə cəhdləri səbəbindən ciddi maliyyə böhranı ilə üzləşmişdi. Son olaraq yanacaq qiymətlərinin yüksəlməsi vəziyyəti daha da ağırlaşdırıb və kreditorlarla razılıq əldə olunmadığından aviaşirkət fəaliyyətini tam dayandırıb. "Spirit Airlines"in bağlanması nəticəsində təxminən 17 min əməkdaş işini itirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.