Hadisə

Şəmkirdə ağıq qəza - ölən və xəsarət alan var

5 İyul 2026 20:12
Baxış: 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" ilə "Hyundai" markalı minik maşınları toqquşub.

Nəticədə "VAZ 2106"-nın sürücüsü 1962-ci il təvəllüdlü E.Məmmədov ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.