Mədəniyyət

“Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb - (Foto)

6 İyul 2026 15:05
Baxış: 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Marşakın "Pişiyin evi" nağılı əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Birhissəli səhnə əsərinin quruluşçu rejissoru Müşfiq Elmanoğlu, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatı Zaur Rəşidov, rejissor assistenti Nəsibə Canəliyeva, xoreoqraf Vüsalə Babayevadır.

Tamaşada Günel Məmmədova, Elşən Şıxəliyev, Mətləb Abuşov, Araz Pirimov, Nuranə Vaqifqızı, Zümrüd Quliyeva, Hüseyn Bayramov, Venera Abbasova, Tahir İsmayılov, Xaliq Bəkirov, Ümman Budaqov, Asya Atakişiyeva, Aygün Fətullayeva iştirak edirlər.

Tamaşa azyaşlılara dostluğu, xeyirxahlığı müsbət keyfiyyətlər kimi aşılayaraq, lovğalığın, təkəbbürün zərərverici xüsusiyyətlər olmasını göstərir. Həyatda var-dövlətin əbədi olmadığını təqdim edən səhnə əsəri ibrətamiz mesajları ilə bu günlə də səsləşir, aktuallığını qoruyur.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.