Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan "Türk Dünyası Həftəsi" çərçivəsində "Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk" sərgisinin açılış mərasimi keçirilib.
Alyona Əliyeva tədbirdə iştirak edib.
Mərasimdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, sərgi Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyi, Yunus Əmrə İnstitutu, Olğunlaşma İnstitutları və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə ərsəyə gəlib.
Direktor qeyd edib ki, bu sərgi dili, tarixi, sənəti və təhsili bir araya gətirərək, minillik mədəni irsin müasir nəsillərə çatdırılmasına xidmət edir. "Ekspozisiya ziyarətçilərə "Divanü lüğat-it-türk"ün daşıdığı zəngin mənəvi və mədəni dəyərlərə yeni baxış bucağından yanaşmaq, sözün min ildən artıq bir dövrdə dəyərə, dəyərin əmələ, əməlin isə mədəni davamlılığa çevrilməsi prosesini izləmək imkanı yaradır. Türkiyə Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Olğunlaşma İnstitutları tərəfindən hazırlanan sərgi türk mədəniyyətinin ən mühüm yazılı irs nümunələrindən biri hesab olunan "Divanü lüğat-it-türk" əsərinin müasir bədii interpretasiyasını təqdim edir", - deyə Ə.Məlikova vurğulayıb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov sərginin türk dilinin tarixi inkişafını və zənginliyini nümayiş etdirən əlamətdar mədəni hadisə olduğunu bildirərək deyib: "Dil daim inkişaf edən canlı sistemdir və Azərbaycan dili də müasir türk dilləri ilə qarşılıqlı əlaqə nəticəsində zənginləşməkdə davam edir. "Divanü lüğat-it-türk" türk dillərinin zənginliyini əks etdirən ən qiymətli mənbələrdən biridir".
Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan vurğulayıb ki, sərgi ortaq türk mədəni irsinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. O, tədbirin məhz Milli Xalça Muzeyində keçirilməsini xüsusi dəyər kimi qiymətləndirib.
Türk Dil Qurumunun keçmiş sədri professor Şükrü Haluk Akalın diqqətə çatdırıb ki, ekspozisiyada nümayiş etdirilən əsərlər "Divanü lüğat-it-türk"də yer alan sözlərdən, anlayışlardan, atalar sözlərindən və zəngin mədəni irsdən ilhamlanaraq hazırlanıb.
"Toxuculuq, tikmə, keramika, ağac və metal işləmə sənətlərinə aid nümunələr Qaraxanlılar dövrünün memarlıq motivləri əsasında müasir bədii üslubda yenidən işlənib. Sərgidə, həmçinin yazı mədəniyyətini əks etdirən mürəkkəb qabları, kitab cildləri, eləcə də miniatür sənəti vasitəsilə canlandırılmış uşaq oyunları, toy mərasimləri, döyüş və ziyafət səhnələri nümayiş etdirilir. Bu eksponatlar türk xalqlarının tarixi-mədəni yaddaşını, ortaq dəyərlərini və sosial həyatını bədii ifadə vasitələri ilə ziyarətçilərə çatdırır", - deyə Şükrü Haluk Akalın əlavə edib.
Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsinin layihə üzrə mütəxəssisi Dilay Nakış Azərbaycanda keçirilən bu layihədə iştirak etməkdən qürur duyduqlarını bildirib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu "Divanü lüğat-it-türk"ün türk dünyasının ortaq dil və mədəniyyət xəzinəsi olduğunu vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib. Azərbaycan Milli Konservatoriyasının aşıqlar dəstəsi musiqi nömrəsi ilə çıxış edib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi iyulun 13-dək davam edəcək.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda çimərliklər boş qalıb
-
Bu gündən etibarən sosial sığorta nömrəsi tələb olunmayacaq
-
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
-
Tələbələrin xarici ali təhsil müəssisələrindən yerdəyişməsi başlayır
-
Azərbaycanda qadınların pensiya yaşı artırıldı
-
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb - (Foto)
XƏBƏR LENTİ
-
Mbappe Messini keçdi
-
Üz gərmə əməliyyatından sonra Ebru Gündeş belə oldu - (Foto)
-
Bakıda dayanacaqda kişi qəfil öldü - (Foto)
-
Yağışa görə bölgələrdə qiymətlər 20% ucuzlaşıb
-
Bakıda çimərliklər boş qalıb
-
İsgəndər Mahmudovun sərvəti artdı: 8,6 milyard dollar
-
Şengen zonasına giriş yoxlamaları yumşaldıla bilər
-
Nizami Tibb Mərkəzində qalmaqal - İşçi döyüldüyünü iddia etdi - (Video)
-
İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Somali Prezidentini təbrik edib
-
3 bacıdırlar, toplam 316 yaşları var - (Foto)
-
Mbappenin qarşısında baş əydi
-
Bu gündən etibarən sosial sığorta nömrəsi tələb olunmayacaq
-
Erməni düyməsini kim basır: Ankaraya təzyiqin gizli mexanikası
-
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
-
"Qarabağ" eyni gündə 2 matça çıxacaq
-
Yeni Suraxanı və Hövsanda evlər 35%-ə qədər bahalaşacaq - SƏBƏB
-
Ziraat Bank Azərbaycan Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir!
-
Fransada prezident seçkisinin tarixi məlum oldu
-
Rusiya Ukrayna vilayətlərinə hücum etdi: 4 ölü, 56 yaralı var
-
Elgiz Əkbərə ağır itki
-
Sahibkarlara yeni dəstək - Depozit hesabına sosial köçürmələr mümkün olacaq
-
Tələbələrin xarici ali təhsil müəssisələrindən yerdəyişməsi başlayır
-
Nadir Qafarzadə: "Allah həmin gün canımı alsın"





