Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin bu günki plenar iclasında üçüncü oxunuşda qəbul olundu.
Milli.Az xəbər verir ki, sənədə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv edilir. Bununla yanaşı, onların statusları ləğv olunduqdan sonra da 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcək.
Deputat qeyd edib ki, Nazirlər Kabinetinin qaydalarına əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan bir ailə üzvünə görə aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir:
"Eyni zamanda, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqları dövlət tərəfindən qarşılanır. Bundan başqa, bir sıra rüsumlar üzrə də güzəştlər mövcuddur. Yeni dəyişikliklərə əsasən, həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq".
Eyni zamanda nəzərə çatdırıb ki, məsələn, keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olan zaman güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə, bu hüquq bütün təhsil dövrünü əhatə edəcək:
"Yəni tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq.
Son dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir. Bu addım onu göstərir ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan və dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunacaqlar".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb
-
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada
-
Nigeriyalı ata, azərbaycanlı ana, özü isə bakılı balası - (Video)
-
Milli Qəhrəmanın atası vəfat etdi - (Foto)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
XƏBƏR LENTİ
-
Dişini fırçalamır, qolaltı spreydən istifadə etmir: Ulduzların qəribə vərdişləri
-
Münasibətlərdə “2:2:2” qaydası - Bir-birinizə vaxt ayırmağın sadə yolu
-
"Kim belə fikir çatdırırsa, yalandır" - Aysel Əlizadə
-
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
-
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
-
Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb





