Cəmiyyət

Ölkədə nikah və boşanmaların sayı azalıb

18 İyun 2026 10:22
Baxış: 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda nikahların sayında azalma müşahidə olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə 11 min 422 nikah və 6 min 443 boşanma faktı rəsmiləşdirilib.

Statistik göstəricilər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,4-dən 3,4-ə enib.

Boşanmaların sayında da cüzi azalma qeydə alınıb. Belə ki, hər 1000 nəfərə düşən boşanma göstəricisi 2,0-dan 1,9-a düşüb.

Beləliklə, ölkədə həm nikahların, həm də boşanmaların sayında azalma tendensiyası müşahidə edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.