Uşaqların adına olan maşınların satışı və qeydiyyatı elektronlaşdırılır - Nazirdən qərar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qərarlar elektron sistemlərə yerləşdiriləcək.
Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.
Yeni qərara əsasən, nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində himayədar ailəyə verilmiş uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə, digər hallarda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal İcra Hakimiyyəti" portalına daxil ediləcək.
Yuxarıda nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? - Rəsmi
-
Avtovağzal və Xocəsəndən gələnlərin NƏZƏRİNƏ: Metroda yeni keçid stansiyası tikilir
-
Yumurta bu gün də 1 qəpikdir - (Foto)
-
DİM sabah təkrar imtahan keçirəcək
-
BDYPİ həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət etdi
-
Qəhvə hər kəs üçün uyğun deyil - Ekspert səbəbi izah etdi
XƏBƏR LENTİ
-
Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? - Rəsmi
-
Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü
-
Qaradağda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı
-
Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı açıqlandı
-
Ölkə üzrə 61 cinayətin üstü açıldı, 148 nəfər saxlanıldı
-
Avtovağzal və Xocəsəndən gələnlərin NƏZƏRİNƏ: Metroda yeni keçid stansiyası tikilir
-
"Bəxtimiz gətirmədi" - Montella məğlubiyyətdən danışdı
-
Özünü prokurorluq əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxs həbs edilib
-
Yumurta bu gün də 1 qəpikdir - (Foto)
-
Tohoku zəlzələsi ilə bağlı yeni elmi araşdırma
-
Hidayət Heydərov çəkisini sala bilmədiyinə görə yarışdan kənarlaşdırıldı - Yenilənib
-
Dünya bazarında Azərbaycan nefti bahalaşdı
-
Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?
-
Türkiyə üçün DÇ erkən bitdi
-
DİM sabah təkrar imtahan keçirəcək
-
“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı
-
BDYPİ həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət etdi
-
Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı
-
Dünya maliyyə sistemində çatlar dərinləşir: Yeni böhran yaxınlaşır?
-
Qəhvə hər kəs üçün uyğun deyil - Ekspert səbəbi izah etdi
-
Göygöldə mikroavtobus aşdı, 4 nəfər xəsarət aldı
-
Burakın anasını özündən 8 yaş böyük aktrisa canlandıracaq
-
Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul
-
Sözü imzadan daha dəyərli olan 3 kişi bürcü: Bu bürclər etibarın rəmzidir





