Kart ödənişlərində komissiyalara limit QOYULDU - Bu gündən
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi ilə bağlı qərar qüvvəyə minib.
Milli.Az xəbər verir ki, qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:
"Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;
"Petrol" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;
"General" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.
Nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.
Qeyd edək ki, interçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından (ekvayrinq) banklar tərəfindən bölünür və loyallıq proqramları (keşbek) üçün istifadə olunur.
Xatırladaq ki, sözügedən qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov 18 mart 2026-cı il tarixində imzalayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Vasif Rəsulova Hesablama Palatasında vəzifə verildi
-
Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya
-
Yeni qaydalar ətin qiymətini bahalaşdıracaq? - Ekspertdən açıqlama
-
Test ləğv oluna, yeni modelə keçilə bilər
XƏBƏR LENTİ
-
2026-cı il türk şou-biznesində ayrılıq ili oldu – Məşhur cütlüklər bir-birindən ayrıldı - (Fotolar)
-
Klassik tosta fərqli dad qatan üsul: Karamelizə edilmiş soğanla
-
Xurma yeyəndə qabığını soyun - səbəb
-
57 yaşlı Ceylo bu yolla formada qalır
-
Qışda pomidor və bibər almayın: Mütəxəssislərdən xəbərdarlıq
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Küveyt İrana nota verdi
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
“Qalatasaray”ın futbolçusu Yunus Akgün evləndi - (Foto)
-
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov





