IDEA-nın təşəbbüsü ilə Bakıda çimərliklər mövsümə hazırlandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən başlayan mövsümə tam hazırdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar 15 may tarixindən başlayan çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib.
Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, oyun meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir.
Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.
Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.
IDEA İctimai Birliyi hamıya dəniz mövsümündə xoş istirahət arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə çağırır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Boşandıq, birlikdə evə qayıtdıq, hər gün də DANIŞIRIQ” - VİDEO
-
Qurbanlıq satış və kəsimə yeni məhdudiyyətlər
-
Pakistanda terror: 9 hərbçi həlak oldu
-
Rozanın Qazaxıstan turu bədbəxt hadisəyə görə TƏXİRƏ SALINDI
-
Mbappe zədəli halda İtaliyaya səyahətindən danışıb
-
Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO
-
Əməkdar artistin toyda bəylə zarafatı gülüş doğurdu - VİDEO
-
Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ - FOTO
-
Bakıda şagirdlərin döyülməsi ilə bağlı məktəbdən AÇIQLAMA - Yenilənib - VİDEO
-
Mətbəxdən gələn gözəllik: Maya maskası ilə dərini yeniləməyin sirri
-
Başqasının borcuna görə sizə zəng edilməyi qanunidirmi?
-
Maaşlarla bağlı VACİB XƏBƏR - Onların maaşı belə VERİLƏCƏK
-
Minumum saatlıq əməkhaqqı tətbiq ediləcək
-
Bələdiyyələrin elektron xəritəsi hazırlanacaq
-
Türkiyə bələdiyyəsində ƏMƏLİYYAT: Çox sayda saxlanılan var
-
Dalandarların maaşları artırılacaq
-
Uşağa görə verilən pul ARTIRILACAQ
-
IDEA-nın təşəbbüsü ilə Bakıda çimərliklər mövsümə hazırlandı - FOTO
-
"“Avroviziya”ya Alim Qasımovu göndərək”
-
Şərtlər sadələşdirilir - Onlar da güzəştli ipoteka götürə biləcək
-
Şənbə günü şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
Bu balıqları heç vaxt YEMƏYİN
-
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib - FOTO
-
Bakıda 10 yeni stansiya inşa EDİLƏCƏK





