Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəbrayıl rayonunun Şükürbəyli kəndində köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.
Milli.Az xəbər verir ki, növbəti köç karvanı ilə kəndə çatan ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşları tərəfindən mina təhlükəsi ilə bağlı məlumat verilib, təhlükəsizlik qaydaları izah olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 97 ailə, ümumilikdə 419 nəfər köçürülüb.
Milli.Az
____________
İşğaldan azad olunan Zəngilan şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Milli.Az xəbər verir ki, Zəngilan şəhəri bu gün 59 ailə olmaqla, 235 nəfərə qucaq açıb.
Qeyd edək ki, Zəngilan şəhərindəki ilk yaşayış kompleksi müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış kompleksinin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli "townhouse" tipli evlər tikilib. Kompleksdə, ümumilikdə, 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir./AZƏRTAC
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi - CƏDVƏL
-
Azərbaycanda özəl xəstəxanalarda bir gecəlik yatış NƏ QƏDƏRDİR?
-
Baş Prokurorluq xarici vətəndaşlarla bağlı işi məhkəməyə göndərdi
-
Londonda ölən 34 yaşlı Natəvan kim idi? - FOTO
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
-
MEDİA jurnalistlər üçün müsabiqə elan ETDİ
XƏBƏR LENTİ
-
Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi - CƏDVƏL
-
Azərbaycanda özəl xəstəxanalarda bir gecəlik yatış NƏ QƏDƏRDİR?
-
Baş Prokurorluq xarici vətəndaşlarla bağlı işi məhkəməyə göndərdi
-
Londonda ölən 34 yaşlı Natəvan kim idi? - FOTO
-
"Roza, Nigar Camal və Natavan məndən GÖZƏLDİR"
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
-
MEDİA jurnalistlər üçün müsabiqə elan ETDİ
-
Bakıda hər bir notun minnətdarlığa çevrildiyi “İthaf” axşamı - FOTO
-
Gənclərin metrodakı bu hərəkəti qınağa səbəb oldu - VİDEO
-
Zamanı sözlə danışdıran yazıçı - Elçinin xatirəsi anılıb - FOTO
-
Aygün geri döndü - Namiqlə belə GÖRÜNTÜLƏNDİ - VİDEO
-
WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI
-
Sizə də bu dərmanlar yazılıbsa, qətiyyən İÇMƏYİN - FOTO
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
-
"Qalatasaray"ın ulduzuna yumruqlu HÜCUM - Anbaan VİDEO
-
İtaliya klubunu 119 ildən sonra Avropa kuboku zonasına çıxardı
-
Flora Kərimova ilə qohum olan müğənni: "Onun babası soyadı QORUYA BİLMƏYİB"
-
TƏBİB-in tibb müəssisələrinə yüksək vəzifəyə TƏYİNATLAR - KİMLƏRDİR? - FOTO
-
Qurban Qurbanov Elvin barədə son qərarını VERDİ
-
Həcc səfərlərinin qrafiki və uçuş detalları açıqlandı
-
Onlar universitetlərə imtahansız qəbul ola BİLƏCƏKLƏR
-
Əraqçi Ceyhun Bayramovu danışıqlar prosesi barədə məlumatlandırıb - YENİLƏNİB
-
Bakıda və Sumqayıtda böyük narkotik əməliyyatı -Saxlanılanlar var
-
Rusiyada daha bir neft bazası vuruldu: Yaralananlar var





