WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.
Milli.Az xəbər verir ki, tədbirin keçirildiyi məkan - Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Mərkəz 14-16 may tarixlərində saat 09:00-18:00, 17-21 may tarixlərində saat 07:00-18:00, 22 may tarixində isə saat 07:00-15:00 aralığında fəaliyyət göstərəcək.
WUF13 iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar 14-22 may 2026-cı il tarixləri ərzində Akkreditasiya və Qeydiyyat Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçib akkreditasiya kartlarını əldə edə biləcəklər.
Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.
Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da yaradılacaq.
Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) - https://events.unhabitat.org - vasitəsilə həyata keçirilir və onlayn qeydiyyat üçün son tarix 15 may saat 18:00-dır.
Aysel
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda özəl xəstəxanalarda bir gecəlik yatış NƏ QƏDƏRDİR?
-
Baş Prokurorluq xarici vətəndaşlarla bağlı işi məhkəməyə göndərdi
-
Londonda ölən 34 yaşlı Natəvan kim idi? - FOTO
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
-
MEDİA jurnalistlər üçün müsabiqə elan ETDİ
-
Gənclərin metrodakı bu hərəkəti qınağa səbəb oldu - VİDEO
XƏBƏR LENTİ
-
Azərbaycanda özəl xəstəxanalarda bir gecəlik yatış NƏ QƏDƏRDİR?
-
Baş Prokurorluq xarici vətəndaşlarla bağlı işi məhkəməyə göndərdi
-
Londonda ölən 34 yaşlı Natəvan kim idi? - FOTO
-
"Roza, Nigar Camal və Natavan məndən GÖZƏLDİR"
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
-
MEDİA jurnalistlər üçün müsabiqə elan ETDİ
-
Bakıda hər bir notun minnətdarlığa çevrildiyi “İthaf” axşamı - FOTO
-
Gənclərin metrodakı bu hərəkəti qınağa səbəb oldu - VİDEO
-
Zamanı sözlə danışdıran yazıçı - Elçinin xatirəsi anılıb - FOTO
-
Aygün geri döndü - Namiqlə belə GÖRÜNTÜLƏNDİ - VİDEO
-
WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI
-
Sizə də bu dərmanlar yazılıbsa, qətiyyən İÇMƏYİN - FOTO
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
-
"Qalatasaray"ın ulduzuna yumruqlu HÜCUM - Anbaan VİDEO
-
İtaliya klubunu 119 ildən sonra Avropa kuboku zonasına çıxardı
-
Flora Kərimova ilə qohum olan müğənni: "Onun babası soyadı QORUYA BİLMƏYİB"
-
TƏBİB-in tibb müəssisələrinə yüksək vəzifəyə TƏYİNATLAR - KİMLƏRDİR? - FOTO
-
Qurban Qurbanov Elvin barədə son qərarını VERDİ
-
Həcc səfərlərinin qrafiki və uçuş detalları açıqlandı
-
Onlar universitetlərə imtahansız qəbul ola BİLƏCƏKLƏR
-
Əraqçi Ceyhun Bayramovu danışıqlar prosesi barədə məlumatlandırıb - YENİLƏNİB
-
Bakıda və Sumqayıtda böyük narkotik əməliyyatı -Saxlanılanlar var
-
Rusiyada daha bir neft bazası vuruldu: Yaralananlar var
-
Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ





