Cəmiyyət

Metro istifadə edənlərin DİQQƏTİNƏ - İş rejimində dəyişiklik EDİLƏCƏK

7 May 2026 11:53
Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Metropoliteni qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.

Milli.Az xəbər verir ki, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də "28 May-Əhmədli" və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə, həmçinin "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.

İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Aysel
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.