Bu pulları dərhal DƏYİŞDİRİN
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar müxtəlif ticarət və xidmət obyektlərində ödəniş zamanı müştərilərə qalıq pul kimi "skoçlanmış", cırıq və ya zədələnmiş əsginasların verildiyi bildirilir. Bu cür pullar sonradan digər obyektlərdə qəbul edilmir və nəticədə vətəndaşlar onları dəyişmək üçün banklara müraciət etmək məcburiyyətində qalır.
Əgər bu pullar dövriyyədə problem yaradırsa, niyə ümumiyyətlə müştəriyə təqdim olunur? Cırıq və ya skoçlanmış pullarla bağlı nə edək? Bunu təqdim edən tərəfə etirazı bildirməliyikmi?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, dövriyyədə olan əsginas problem yaradırsa, müştəriyə təqdim olunmamalıdır:
"Belə hallar ümumiyyətlə yaşanmamalıdır, amma təəssüf ki, buna rast gəlinir. Mövcud qaydalara əsasən, müəyyən meyarlara cavab verməyən əsginaslar yararsız hesab olunur. Məsələn, cırığın ölçüsü normadan artıqdırsa, üzərində yapışqan varsa, müəyyən hissələri çatışmırsa, əsginasın oxunması və tanınması çətindirsə, o, dövriyyəyə yararlı sayılmır. Bu cür əsginasları satıcılar özləri dövriyyədən çıxarmalı və banklarda dəyişdirilməlidir. Hazırda bu sahədə tənzimləməni Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirir və yararsız əsginasları qəbul edir. Lakin dəyişdirmə prosesi kifayət qədər çətindir və sadələşdirilməsinə ehtiyac var".
İqtisadçı bildirib ki, vətəndaşlar yararsız əsginas əldə etdikdə onu asanlıqla dəyişə bilməlidir:
"Bu məqsədlə AMB özəl bankların filial şəbəkəsindən də istifadə etməlidir. Yəni vətəndaşların yaxınlıqdakı bank filialına müraciət edərək əsginası rahat şəkildə dəyişdirməsinə şərait yaratmalıdır. Bu yanaşma dövriyyədə keyfiyyətli əsginasların saxlanmasına, yararsız pulların vaxtında çıxarılmasına və vətəndaşların narahatlığının azalmasına xidmət edər. İnsanlar əmin olar ki, təsadüfən yararsız əsginas aldıqları halda onu asanlıqla dəyişə biləcəklər. Nəticədə pulun istifadəsi daha rahatlaşar. Bu isə ümumilikdə iqtisadi dövriyyəyə müsbət təsir göstərər".
Ekspert qeyd edib ki, vətəndaş kassada pul qəbul edərkən əsginasda problem aşkar edərsə, dərhal etirazını bildirməli, dəyişdirilməsini tələb etməlidir:
"Əks halda, həmin məsuliyyəti öz üzərinə götürmüş olur. Mövcud dəyişdirmə proseduru mürəkkəb olduğundan, insanlar çox vaxt bu məsuliyyəti qəbul etmək istəmir. Qeyd etdiyim kimi, proses sadələşdirilərsə və bank filialları vasitəsilə operativ şəkildə həyata keçirilərsə, problem əhəmiyyətli dərəcədə həll olunar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Boşanma qərarı almışdı, BARIŞDILAR - VİDEO
-
Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir - FOTO
-
Bakı metrosunda 5 GÜN iş rejimi DƏYİŞİR - Bu tarixlərdə
-
Maykl Ceksona qarşı yeni ittihamlar irəli sürüldü
-
Kiloqramı 65 manat OLDU
-
"Süni intellekt hamımızı öldürə bilər"
-
"Arka sokaklar" serialı ilə bağlı QƏRAR VERİLDİ
-
Pensiyalarla bağlı VACİB XƏBƏR
-
Polis qanunsuz saxlanılan silahlar aşkarladı
-
ABŞ-da Trampın şəkli olan pasport buraxılacaq - FOTO
-
7 körpənin öldüyü yanğın İŞİ - Direktor və rəislərə hökm GÖZLƏNİR
-
Vlahoviç “Barselona”ya pulsuz keçə bilər
-
Bu gün qeydiyyat bitir
-
Azərbaycanda soyadlarla bağlı maraqlı göstərici ortaya ÇIXDI
-
Rusiyada mədən ÇÖKDÜ: Ölənlər var
-
Konsertində hamilə olduğunu AÇIQLADI - FOTO
-
Trampın qızıl heykəli ucaldıldı
-
Yayda mənzil bazarında ucuzlaşma OLACAQ?
-
Beynəlxalq axtarışda olan 3 azərbaycanlı SAXLANILDI
-
10 yaşlı qız faciəvi şəkildə öldü
-
4 BÜRC üçün pul yağışı BAŞLAYIR - Şans qapını döyür
-
Kredit götürməzdən əvvəl MÜTLƏQ OXU - Banklardan sürpriz QƏRAR
-
Tramp etiraf etdi: “Anam Çarlza vurulmuşdu” - FOTO
-
Məşhur serialın izləyicilərinə pis XƏBƏR





