Yayda mənzil bazarında ucuzlaşma OLACAQ?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tətil mövsümünün başlaması paytaxtın kirayə mənzil bazarında sükut yaratsa da, son illərin mənzərəsi əvvəlki dövrlərdən kəskin fərqlənir. Universitetlərin bağlanması ilə rayonlara üz tutan tələbələrin boşaltdığı evlər artıq bazarda gözlənilən ucuzlaşmanı təmin edə bilmir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov iyunun 15-dən etibarən hər il daşınmaz əmlak sektorunda, xüsusən icarə bazarında müəyyən dəyişikliklər başlayacağını bildirib.
"Bunun əsas səbəbi tələbələrin, yəni rayonlardan və regionlardan gələn tələbələrin şəhəri tərk etməsi ilə bağlıdır. Onlar qaldıqları mənzilləri boşaldırlar. Nəticədə iyunun 15-dən avqustun 15-nə qədər olan dövrdə bazarda müəyyən boşluq yaranır. Bu dövrdə daşınmaz əmlak fondunda, xüsusilə daha ucuz kateqoriyaya aid olan, aylıq icarəsi təxminən 500-600 manat civarında olan mənzillər daha çox boşalır. Təkliflərin artması səbəbindən bu aylarda icarə qiymətlərində adətən bir qədər enmə müşahidə olunur. Lakin son iki ildə vəziyyət dəyişib. Əvvəlki illərlə müqayisədə tələbələrin boşaltdığı evlərin sayı azalıb. Bunun səbəbi odur ki, avqust ayında yeni mənzil tapmaq daha çətinləşdiyi üçün bəzi tələbələr evləri boşaltmamağa üstünlük verirlər. Yəni onlar yay tətilinə getsələr də, həmin mənzilləri saxlayırlar".
Ekspert bildirib ki, təxminən tələbələrin 25-30 faizi belə davranır.
"Bu ona görədir ki, evləri təhvil verib sonra yenidən kirayələmək istəyəndə eyni mənzili daha yüksək qiymətə götürmək məcburiyyətində qalırlar və ümumiyyətlə uyğun ev tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən bəzi tələbələr əvvəlcədən kirayədə qaldıqları evləri saxlamağı daha məqsədəuyğun hesab edirlər. Daşınmaz əmlak bazarında yaranan bu qıtlığın əsas səbəblərindən biri də ucuz kateqoriyaya aid evlərin azalmasıdır. Şəhərin mərkəzi və ətraf ərazilərində bir çox köhnə yaşayış binaları sökülür. Məsələn, Bayıl, Sovetski, Kubinka, Nərimanov prospekti ətrafı, eləcə də Nəsimi rayonu kimi ərazilərdə vaxtilə çoxlu sayda belə evlər mövcud idi. Zamanla bu binalar söküldü və onların yerində pilot layihələr həyata keçirildi. Bu proses nəticəsində ucuz kirayə mənzillərin sayı getdikcə azaldı. Köhnə yaşayış fondunun azalması isə birbaşa olaraq bazarda qiymətlərin artmasına təsir göstərən amillərdən biridir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?
-
Bu fənndən imtahan keçiriləcək
-
Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK - RƏSMİ
-
Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir - FOTO
-
Bakı metrosunda 5 GÜN iş rejimi DƏYİŞİR - Bu tarixlərdə
-
Kiloqramı 65 manat OLDU
XƏBƏR LENTİ
-
Qəbiristanlıqda kameraya görün nələr düşdü - FOTOlar
-
Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?
-
Selçuk Bayraktarın ailəsi ilə bağlı xoş XƏBƏR - FOTOlar
-
Bu fənndən imtahan keçiriləcək
-
ÇL: “Atletiko Madrid” “Arsenal”a qarşı…
-
Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK - RƏSMİ
-
Boşanma qərarı almışdı, BARIŞDILAR - VİDEO
-
Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir - FOTO
-
Bakı metrosunda 5 GÜN iş rejimi DƏYİŞİR - Bu tarixlərdə
-
Maykl Ceksona qarşı yeni ittihamlar irəli sürüldü
-
Kiloqramı 65 manat OLDU
-
"Süni intellekt hamımızı öldürə bilər"
-
"Arka sokaklar" serialı ilə bağlı QƏRAR VERİLDİ
-
Pensiyalarla bağlı VACİB XƏBƏR
-
Polis qanunsuz saxlanılan silahlar aşkarladı
-
ABŞ-da Trampın şəkli olan pasport buraxılacaq - FOTO
-
7 körpənin öldüyü yanğın İŞİ - Direktor və rəislərə hökm GÖZLƏNİR
-
Vlahoviç “Barselona”ya pulsuz keçə bilər
-
Bu gün qeydiyyat bitir
-
Azərbaycanda soyadlarla bağlı maraqlı göstərici ortaya ÇIXDI
-
Rusiyada mədən ÇÖKDÜ: Ölənlər var
-
Konsertində hamilə olduğunu AÇIQLADI - FOTO
-
Trampın qızıl heykəli ucaldıldı
-
Yayda mənzil bazarında ucuzlaşma OLACAQ?





