Kiloqramı 65 manat OLDU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Püstə bazarında qiymətlər kəskin artaraq 65 manata çatıb və bu vəziyyət artıq alıcılar üçün ciddi narahatlıq doğurur. Son dövrlərdə müşahidə olunan bu bahalaşma təkcə yerli amillərlə deyil, həm də qlobal bazarda baş verən proseslərlə əlaqələndirilir. Bir vaxtlar əlçatan sayılan püstə artıq bir çox ailələr üçün bahalı məhsula çevrilməkdədir.
Milli.Az xəbər verir ki, iqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında püstə istehsalında dünya üzrə əsas aparıcı ölkələrin İran, ABŞ və Türkiyə olduğunu bildirib.
"İran və ABŞ birlikdə qlobal püstə istehsalının təxminən 90 faizini təmin edir və bu səbəbdən dünya bazarında qiymətlərin formalaşmasında əsas rol oynayırlar. Türkiyə isə son illərdə bu sahədə inkişaf edərək ixrac potensialını artırır. Azərbaycana püstə əsasən İran və Türkiyədən idxal olunur. Lakin İranda baş verən proseslər, xüsusilə ABŞ-la münasibətlərdə gərginlik və ümumi qeyri-sabitlik idxal əməliyyatlarını çətinləşdirib. Sahibkarlar həm ödənişlərdə, həm də logistika məsələlərində ciddi problemlərlə üzləşirlər. Risklərin artması isə qiymətlərə birbaşa təsir göstərir. Bundan əlavə, bayram ərəfəsində bu məhsullara tələbatın kəskin artması qiymətlərin daha da yüksəlməsinə səbəb olur".
O bildirib ki, təkcə püstə deyil, ötən il fındıq bazarında da ciddi bahalaşma qeydə alınıb:
"Dünyanın ən böyük fındıq ixracatçısı olan Türkiyədə qiymətlərin iki dəfə artması bu prosesə təsir edən əsas amillərdən biri olub. Ümumilikdə, iqlim şəraitinin əlverişsiz keçməsi və məhsuldarlığın azalması çərəz bazarında qiymət artımını qaçılmaz edib. İranda baş verən hadisələr və idxal problemləri isə bu artımı daha da sürətləndirib. Xüsusilə bayram dövrlərində tələbatın artması qiymətləri rekord həddə çatdırır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BDU-nun yeni rektoru Məleykə Abbaszadə kimdir? - Dosye
-
Azərbaycanda zəlzələ oldu
-
Bakıda iki gün bu yollar bağlanacaq
-
Əli Nağıyev Gürcüstanın DTX rəisi ilə regional təhlükəsizliyi müzakirə edib
-
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi
-
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
XƏBƏR LENTİ
-
BDU-nun yeni rektoru Məleykə Abbaszadə kimdir? - Dosye
-
Alim Qasımovun ifası GTA 6-da - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Aysun İsmayılova: “İndi nə istəyirəm geyinirəm, hara istəyirəmsə, gedirəm” (Video)
-
Alen Simonyan Azərbaycana gələcək
-
Bakıda iki gün bu yollar bağlanacaq
-
Əli Nağıyev Gürcüstanın DTX rəisi ilə regional təhlükəsizliyi müzakirə edib
-
Nəfəs əcnəbi musiqiçiləri heyran etdi - (Video)
-
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi
-
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
-
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
-
“Kurtlar Vadisi”nin məşhur aktrisası illər sonra – Belə dəyişdi (Video)
-
Ağır qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - (Foto)
-
Azərbaycan neftinin qiyməti dəyişdi
-
"Mançester Yunayted" FIFA-ya şikayət edəcək
-
Beyləqanda VAZ su arxına aşdı: Sürücü öldü, sərnişin yaralandı
-
Putin Tramp arasında görüş başa çatdı - (Video)
-
Ajda Pekkan buna görə ana ola bilməyib
-
“Brent” nefti bahalaşdı
-
Azərbaycan Peru Konqresində beynəlxalq sərgidə təmsil olunub - (Foto)
-
Bakıda tanınmış vəkil narkotiklə saxlanıldı
-
"Ürəyim istəyəni edirəm, heç kimə fikir vermirəm" - Mətanət İsgəndərli
-
Səhər acqarına çörəkotu yemək bu problemi aradan qaldırır
-
3000 tonluq gəmiləri havaya qaldırır, 4 saatlıq yolu 40 dəq-ə endirdi





