Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə "Macar Rapsodiya Layihəsi" ansamblı ölkəmizdə daha bir musiqi layihəsi üzrə çəkilişlər aparır.
Milli.Az xəbər verir ki, ideya üzrə iki ölkənin incəsənət ustaları, beynəlxalq səviyyədə tanınmış saksofonçu və bəstəkar Balint Barsoninin (Balint Barsony) rəhbərliyi ilə yaradılmış musiqi ansamblı, Azərbaycanın tanınmış muğam ifaçıları - Xalq artisti Mənsum İbrahimov və Muğam Televiziya Müsabiqəsinin qalibi Kamilə Nəbiyeva arasında yaradıcı əməkdaşlıq həyata keçirilir. Əsas məqsəd türk-macar mədəni əlaqələrinin musiqi izlərini müasir və özünəməxsus musiqi dili vasitəsilə canlandırmaqdır.
Əməkdaşlıq çərçivəsində "Mehriban olaq" və "Sarı gəlin" kompozisiyaları üzrə videoçarxlar da çəkilmişdir. Çəkilişlər Azərbaycanın müxtəlif məkanlarında - Beynəlxalq Muğam Mərkəzi, Qız Qalası, Heydər Əliyev Mərkəzi, "Sea Breeze", Beşbarmaq dağı və Xəzər dənizi sahilləri kimi ölkəmizin gözəl guşələrində lentə alınıb.
"Macar Rapsodiya Layihəsi" 2014-cü ildə Balint Barsoninin rəhbərliyi ilə yaradılıb. Səfər çərçivəsində kollektivin Beynəlxalq Muğam Mərkəzində konserti də keçirilib.
"Macar Rapsodiya Layihəsi" Almaniya, Slovakiya, Rumıniya, Türkiyə, Qazaxıstan, Çin və bir sıra digər ölkələrdə çıxışlar edib. Bu çıxışlar yalnız musiqi proqramı deyil, həm də mədəni dialoq və qohum xalqlar arasında əlaqələri gücləndirən yaradıcı platformadır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
-
Azərbaycan toylarında DƏYİŞİKLİK
-
Əməkdar jurnalist yüksək vəzifəyə təyin EDİLDİ
-
Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər - FOTO
-
Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?
-
Bu fənndən imtahan keçiriləcək
XƏBƏR LENTİ
-
Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - FOTO
-
ABŞ pasportlarında görün kimin şəkili OLACAQ - FOTO
-
Narkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDU
-
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
-
Azərbaycan toylarında DƏYİŞİKLİK
-
Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
-
Xalq artisti səhnədən YIXILDI - VİDEO
-
Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi - Ölən var
-
Kürdəmirdə YANĞIN - Ölən var
-
Əməkdar jurnalist yüksək vəzifəyə təyin EDİLDİ
-
Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər - FOTO
-
Xaçmazda ağır QƏZA - Ölənlər var - FOTO
-
Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndələrimiz İrəvandadır - FOTO
-
Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Qəbiristanlıqda kameraya görün nələr düşdü - FOTOlar
-
Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?
-
Selçuk Bayraktarın ailəsi ilə bağlı xoş XƏBƏR - FOTOlar
-
Bu fənndən imtahan keçiriləcək
-
ÇL: “Atletiko Madrid” “Arsenal”a qarşı…
-
Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK - RƏSMİ
-
Boşanma qərarı almışdı, BARIŞDILAR - VİDEO
-
Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir - FOTO
-
Bakı metrosunda 5 GÜN iş rejimi DƏYİŞİR - Bu tarixlərdə
-
Maykl Ceksona qarşı yeni ittihamlar irəli sürüldü





