Hadisə

Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - FOTO

29 Aprel 2026 12:44
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Samsun bölgəsində Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobildə yanğın baş verib.

Milli.Az xəbər verir ki, Samsun-Ankara avtomobil yolunun Çakallı yaxınlığında, Azərbaycan dövlət nömrə nişanlı, N.I.S. tərəfindən idarə olunan odun daşıyan yük maşınının mühərrik hissəsində yanğın baş verib.

Məlumatdan sonra hadisə yerinə jandarma və yanğınsöndürmə briqadaları göndərilib.

Yanğınsöndürənlər tərəfindən söndürülən yanğın yük maşınını istifadəyə yararsız hala salıb.

Digər tərəfdən, yanğın səbəbindən magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.