Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin "X" platformasında Azərbaycan əleyhinə səsləndirdiyi əsassız və qərəzli fikirlərə kəskin etiraz ediblər.
Milli.Az xəbər verir ki, Azərbaycan-Amerika Gənclər Federasiyası, Amerika Azərbaycan İnteqrasiya Mərkəzi, Amerika Azərbaycan Musiqi Fondu, Azərbaycan Amerika Təşkilatları Alyansı, Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi, "Azİz" Xalqlararası Əlaqə Beynəlxalq Assosiyasiyası və Britaniya Azərbaycanlıları Cəmiyyəti bu iddiaların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirərək Nyu-York merinə məktub ünvanlayıblar.
Məktublarda Nyu-York merinin Azərbaycan xalqına qarşı səsləndirdiyi ittihamlarla bağlı ciddi narahatlıq ifadə edilib. Zöhran Kvame Mamdaninin açıqlamasında siyasi qərəz olduğu, eyni zamanda beynəlxalq hüququn əsas prinsiplərinin təhrif edildiyi vurğulanıb. ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmaların yolverilməz olduğu bildirilib. Qarabağ bölgəsində yaşayan erməni əsilli əhaliyə reinteqrasiya çərçivəsində bərabər hüquqların və təhlükəsizlik təminatlarının təklif olunduğu, onların sosial-iqtisadi həyata inteqrasiyası üçün konkret addımların atıldığı diqqətə çatdırılıb. Xüsusi olaraq qeyd edilib ki, mülki şəxslərə qarşı etnik zəmində hər hansı zorakılıq faktı qeydə alınmayıb və bu istiqamətdə beynəlxalq hüququn prinsiplərinə uyğun davranılıb.
Diaspor təşkilatları bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsini tələb ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Metronun yeni xətti təhlükə yaradır? - Rəsmi CAVAB
-
Azərbaycanda uşaqpulu ilə bağlı MÜHÜM XƏBƏR - 600 manat...
-
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
-
Ölkə toylarında DƏYİŞİKLİK
-
Əməkdar jurnalist yüksək vəzifəyə təyin EDİLDİ
-
Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər - FOTO
XƏBƏR LENTİ
-
Paytaxtda 9-cu mərtəbədən yıxılan kişi öldü
-
ABŞ və Çin arasında BÖYÜK KRİZİS: Dünya bu görüşə kilidləndi
-
"Artıq həmin yaxşı adam yoxdur" - FOTO
-
Bakıda gənc oğlan gələcək qayınanasının qızıllarını oğurlayıb nişan ETDİ
-
Metronun yeni xətti təhlükə yaradır? - Rəsmi CAVAB
-
Ayın son günü şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
Ukrayna PUA-sı Qazaxıstana düşdü - VİDEO
-
Azərbaycanda uşaqpulu ilə bağlı MÜHÜM XƏBƏR - 600 manat...
-
Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - FOTO
-
Narkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDU
-
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
-
Ölkə toylarında DƏYİŞİKLİK
-
Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
-
Xalq artisti səhnədən YIXILDI - VİDEO
-
Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi - Ölən var
-
Kürdəmirdə YANĞIN - Ölən var
-
Əməkdar jurnalist yüksək vəzifəyə təyin EDİLDİ
-
Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər - FOTO
-
Xaçmazda ağır QƏZA - Ölənlər var - FOTO
-
Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndələrimiz İrəvandadır - FOTO
-
Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Qəbiristanlıqda kameraya görün nələr düşdü - FOTOlar
-
Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?
-
Selçuk Bayraktarın ailəsi ilə bağlı xoş XƏBƏR - FOTOlar





