Cəmiyyət

Sumqayıtlı oğlanın “sevgi planı”: Xarici qadından dollarları necə aldı?

27 Aprel 2026 14:05
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycana turist kimi gələn bir qadının yerli vətəndaş tərəfindən aldadıldığı iddia olunur.

Milli.Az xəbər verir ki, Polşa vətəndaşı Olqa Çernovska 2024-cü ildə istirahət məqsədilə ölkəmizə səfər edərkən Rəşxan adlı şəxslə tanış olub. Onların arasında münasibət yaranıb. Qadın sonradan öz ölkəsinə qayıtsa da, həmin şəxsin xahişləri əsasında müxtəlif vaxtlarda ona pul göndərib.

Zərərçəkən bildirib ki, münasibətləri davam edən bir il ərzində qarşı tərəf onun etibarından istifadə edərək ümumilikdə 25 min ABŞ dolları alıb. O, məsələ ilə bağlı Bakıda Daxili İşlər Nazirliyinə müraciət etdiyini, daha sonra işin Sumqayıtda araşdırıldığını deyib.

Məsələ ilə bağlı Rəşxan isə iddiaları fərqli şəkildə izah edib. Onun sözlərinə görə, aldığı pullar mənimsəmə deyil, borc xarakteri daşıyır:

"Bu, aramızdakı borcdur. Mən də bunu hissə-hissə geri qaytarıram. Hətta Polşada olan qohumum vasitəsilə də ödəniş edirəm".

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.