Kart məlumatlarınız təhlükədə: Kiberdələduzların yeni üsulları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəqəmsallaşan dünyada onlayn alış-veriş həyatımızın ayrılmaz bir hissəsinə, sosial şəbəkələr isə nəhəng virtual vitrinlərə çevrilib. Lakin sosial şəbəkələrdə bir kliklə edilən bu cəlbedici sifarişlər heç də həmişə təhlükəsiz sonluqla bitmir.
Xüsusilə hüquqi statusu və əlaqə məlumatları olmayan sosial şəbəkə hesabları üzərindən, "kartdan-karta" köçürmə yolu ilə edilən alış-verişlər kiberdələduzluq və istehlakçı hüquqlarının pozulması riskini kəskin şəkildə artırır.
Məsələnin aktuallığı və ciddiliyi yaxın günlərdə Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda da xüsusi diqqət mərkəzində olub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı çıxışı zamanı mühüm bir problemə toxunub: qeyri-rəsmi səhifələrin arxasındakı şəxslər hüquqi cəhətdən "sahibkar" kimi tanınmadığı üçün, aldadılan vətəndaşların hüquqlarını qorumaq və şikayətləri təmin etmək ciddi çətinliklər yaradır. Agentlik rəsmisi vətəndaşları rəsmi satış kanallarına üstünlük verməyə və satıcının hüquqi statusunu mütləq yoxlamağa çağırır.
Bəs mövcud rəqəmsal xaosda istehlakçılar fırıldaqçıların qurbanına çevrilməmək üçün nələrə diqqət etməlidirlər? "Kartdan-karta" əməliyyatların gizli təhlükələri nələrdir və sosial şəbəkə üzərindən aldadıldığını anlayan şəxs dərhal hansı addımları atmalıdır?
Milli.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Davamlı olaraq monitorinq və araşdırmalar aparılır"
Elektron Təhlükəsizlik Xidmətinin (ETX) mətbuat katibi Elnarə Baxış bildirir ki, son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı, fərdi məlumatların toplanması və işlənməsi miqyası da əhəmiyyətli dərəcədə böyüyüb: "Vətəndaşlardan daxil olan müraciətlərin təhlili göstərir ki, fərdi məlumatların razılıq olmadan üçüncü tərəflərə ötürülməsi və məlumat təhlükəsizliyinin təmin olunmaması hallarına tez-tez rast gəlinir. Bu sahədə ETX tərəfindən davamlı olaraq monitorinq və araşdırmalar aparılır, müraciətlərə baxılır və qanunvericiliyin pozulması halları ilə bağlı tədbirlər görülür".
Mətbuat katibi kiberdələduzluq hallarının təhlükəli tərəflərinə də xüsusi diqqət çəkib: "Belə ki, kiberdələduzlar vətəndaşların fərdi məlumatlarını, xüsusən də bank kartı göstəricilərini ələ keçirmək məqsədilə SMS, zəng və ya saxta e-poçtlar vasitəsilə yalan məlumatlar yayırlar. Həmçinin saxta satış elanları, cəlbedici endirim və ya kampaniya adları altında istifadəçilərə aldadıcı təkliflər göndərilir. Bunun nəticəsində vətəndaşın fərdi məlumatlarının üçüncü şəxslərin əlinə keçməsi riski yaranır ki, bu da son nəticədə ciddi maliyyə itkisinə səbəb olur".
"Rəsmi mənbələr vasitəsilə yoxlamalıdırlar"
Kibertəhlükələrdən qorunmaq üçün ETX vətəndaşlara vacib qaydalara əməl etməyi tövsiyə edir. Qurum rəsmisi vurğulayır ki, tanımadıqları mənbələrdən göndərilən mesajlardakı linklərə daxil olmaq, bank kartı və digər məlumatları şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürmək yolverilməzdir: "Vətəndaşlar daxil olan kampaniya və uduş bildirişlərinin doğruluğunu mütləq həmin şirkətin rəsmi mənbələri vasitəsilə yoxlamalıdırlar. Hər hansı şübhəli halla qarşılaşdıqda isə dərhal ETX-nin 1654 Çağrı Mərkəzinə müraciət etmək lazımdır".
"Xəyali məhsul, saxta butik"
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirir ki, nəzarətsiz ticarətin ən təhlükəli tərəfi istehlakçının hüquqi müdafiədən məhrum qalmasıdır. Rəsmi qeydiyyatı olmayan şəxslərdən "kartdan-karta" köçürmə yolu ilə mal alarkən pulun geri alınması qanunvericiliklə tənzimlənə bilmir: "Belə ödənişlər hüquqi baxımdan sadəcə bir fərdə hədiyyə göndərmək kimi qəbul olunur. Platformalarda ən yayılmış dələduzluq üsulları "xəyali məhsul" və "keyfiyyətsiz təqlid" metodlarıdır. Xüsusilə "saxta butik" modeli vasitəsilə brend məhsulların fotoları paylaşılır, ödəniş alındıqdan sonra isə səhifə alıcını bloklayır. Dələduzlar "şok endirim" kimi psixoloji təzyiq üsullarından istifadə edərək insanları emosional qərarlar verməyə sövq edirlər. Digər təhlükə kuryer xidməti adı altında saxta ödəniş linklərinin ("phishing") göndərilməsidir. Bu yolla vətəndaşların kart məlumatları ələ keçirilir. Nəticədə təkcə alış-veriş məbləği deyil, kartdakı bütün vəsait təhlükə altına düşür".
Sədr vurğulayır ki, istehlakçılar bir səhifənin saxta olub-olmadığını anlamaq üçün bəzi detallara diqqət yetirməlidirlər: "Səhifənin yeni yaradılması, rəylərin bağlı olması, izləyici sayının çox, lakin aktivliyin "bot" proqramlarla idarə olunması ciddi şübhə doğurmalıdır. Əgər satıcı "İnfo" bölməsində VÖEN və rəsmi əlaqə vasitələri təqdim etmirsə, bu səhifələrdən uzaq durmaq lazımdır. Təhlükəsiz alış-veriş üçün qızıl qayda mümkün qədər "qapıda ödəniş" üsuluna və "3D Secure" sistemi aktiv olan rəsmi veb-saytlara üstünlük verməkdir. Onlayn ticarət üçün ən effektiv texniki addım bank tətbiqi vasitəsilə ayrıca bir "virtual kart" açmaq və ora yalnız alış-veriş məbləği qədər pul yükləməkdir".
"Naməlum ödənişlər hüquqi sübutları məhv edir"
Mövzunun hüquqi aspektlərini dəyərləndirən vəkil Turan Abdullazadə bildirir ki, sosial şəbəkələr üzərindən edilən alış-veriş geniş yayılsa da, bu sahədə istehlakçı hüquqlarının qorunması mexanizmləri ənənəvi elektron ticarətlə müqayisədə xeyli zəifdir. Bunun əsas səbəbi satıcıların əksər hallarda rəsmi sahibkarlıq fəaliyyəti göstərməməsi və ödənişlərin qeyri-rəsmi formada aparılmasıdır: "Xüsusilə "kartdan-karta" köçürmə yolu ilə edilən nağdsız ödənişlər ciddi risklər yaradır. Belə hallarda satıcının hüquqi statusu qeyri-müəyyən olaraq qalır, kassa qəbzi və müqavilə olmadığı üçün gələcəkdə aldadılma faktını sübut etmək çətinləşir".
Bütün bunlara baxmayaraq, əgər satıcı hüquqi şəxs deyilsə belə, istehlakçı öz hüquqlarını müdafiə edə bilər. Hüquqşünasın sözlərinə görə, ilk növbədə sübutlar toplanmalıdır: "Zərərçəkmiş şəxs yazışmaların skrinşotları, elan şəkilləri, ödəniş qəbzi və ya bank çıxarışını əldə edərək müvafiq qurumlara müraciət etməlidir. Məsələyə iki hüquqi müstəvidə yanaşıla bilər. Əgər satıcı əvvəlcədən aldatmaq niyyəti ilə pulu mənimsəyibsə, bu, dələduzluq kimi qiymətləndirilir. Bu halda dərhal polisə ərizə verilməli və təhqiqat aparılmalıdır. Yox, əgər baş verən hadisə verilən öhdəliyin yerinə yetirilməməsidirsə, məhkəmədə mülki iddia qaldırmaq mümkündür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər - Araşdırma
-
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
-
Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərilib - (Yenilənib)
-
Restoran admistratoru xanım blogeri təhqir etdi - VİDEO
-
Sabahın hava proqnozu açıqlandı
XƏBƏR LENTİ
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
-
Günayın ailəsi ilə istirahəti - (Video)
-
Xocavənddə buldozer minaya düşüb
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“ - Naibə Allahverdiyeva
-
“Real Madrid” Messiyə başsağlığı verib
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
-
“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ - Aygün Kazımova (Video)
-
Şəhid pilot Xəyyam Əliyevin məzarı dağıdıldı (Video)





