Gül dəstəsi hədiyyə vermək qədim adət olsa da, bu gün də dəbdədir. Əsrlər boyu güllər hədiyyə etdiyin adama deyə bilmədiklərini ifadə edib. Amma tədricən onların mənaları unudulmağa başlayıb.
Gül mağazasının satıcısı Rauf Quliyevin sözlərinə görə, güllər, onların rəngi və sayı da hədiyyə verilərkən nəzərə alınırdı. R.Quliyev qeyd edib ki, indi güllərdən ən çox alınanı qızılgüllərdir: "Müştərilər daha çox qırmızı qızılgüllərə üstünlük verirlər. Demək olar ki, bu gül əsrlərin sınağından keçib. Ona qarşı maraq indiyə kimi itməyib. Bu güllərin 35 milyon il əvvəl də bitdiyi müəyyən olunub. Qızılgül gözəllik və sevgi rəmzi hesab olunur. Bu güllər rənginə görə fərqli məna verir. Hamıya məlum olduğu kimi qırmızı qızılgüllər "səni sevirəm" deməkdir, çəhrayılar isə hədiyyə etdiyin insana qarşı incə hisslərin varlığını göstərir. Qırmızı ilə ağ qızılgüllərin vəhdətindən ibarət gül dəstələri birlik, sarılar sevinc mənasını verir. Lakin qızılgüllərdən fərqli olaraq digər sarı güllər xəyanətə işarədir. Qara qızılgüllər isə bitməz kədərdir".
O, qırmızı güllərin çoxunun sevgi rəmzi olduğunu deyib: "Qırmızı dağ laləsi də "səni sevirəm" mənasını verir. Məşhur güllərdən olan zanbaq isə təmiz sevgiyə xoşbəxtliyə, harmoniyaya işarə edir. Qırmızı zanbaq sevgi etirafıdırsa, sarılar münasibətə görə sevinmək deməkdir. Bundan başqa orxideyalar da sevgiyə işarədir".
Müsahibim əlavə edib ki, süsən, çəhrayı qərənfil kimi gülləri isə dostlara, tanışlara hədiyyə vermək lazımdır. "Belə ki, bu güllər dostluq, etimad mənalarını verir. Papatya, yonca kimi bitkilər isə gənclik rəmzidir. Papatyadan gül dəstəsini hədiyyə etməklə həmin adama qarşı zərif hisslərinin olduğunu etiraf edirsən. Yaddaşçiçəyi, xrizantema, zanbaq kimi güllər sadiqlik rəmzidir" - deyən Quliyev barışmaq, ötənləri geri qaytarmaq niyyəti ilə adətən akasiya, yasəmən, lavandanın hədiyyə olunduğunu bildirib.
Nərgiz gülünün özünə aludə olmaq mənasının verdiyini deyən həmsöhbətim bu gülün eyni zamanda günəş, işıq və yaz rəmzi olduğunu qeyd edib: "Nərgiz güllərindən hədiyyə "Sənin yanında olmaq məni xoşbəxt edir" deməkdir. Mimoza isə utancaqlıq və həssaslığa işarədir. Bəzən mimoza sizə qarşı olan gizli hisslərdən də danışa bilər. Sirli sevgi haqqında bənövşə də xəbər verir. Qardeniya gülünü hədiyyə etdikdə isə adətən həmin adama layiq olmadığını boynuna alırsan".
Onun dediyinə görə, hədiyyə olunan gül dəstəsi hisslərin soyumasına da işarə ola bilər: "Bəzi gül dəstələri ayrılığın gözlənildiyindən xəbər verir. Bu, əsasən, sarı rəngdə olan gül dəstələrinə aiddir. Bununla yanaşı, sarı uğur və günəş rəngidir. Belə gülləri incəsənət adamlarına hədiyyə edirlər. Sevgiliyə hədiyyə isə ayrılıqdan danışır. Sarı xrizantema, qızılgül qısqanclıq, ayrılıq, deməkdir. Bundan xəbəri olanları belə hədiyyə sarsıda bilər".
Onun fikrincə, çəhrayı güllər insana qarşı yaxşı münasibətdən danışır: "Belə gülləri kişiyə və qadına hədiyyə etmək olar. Qırmızı rəngli güllər isə yalnız çox sevdiyin insanlara hədiyyə verilə bilər. Bu, həm sevgili, həm də qohum və ya dost ola bilər. Tünd qırmızı qızılgül ehtiras mənasını verir. Təmizlik rəmzi hesab olunan ağ rəng toy və mərasimlər üçün idealdır. Bənövşəyi və göy güllərdən hədiyyə isə "siz gözəl və kübarsız" mənasını verir".
Güllərin sayına gəlincə isə R.Quliyev bir qızılgülün sevgi etirafı olduğunu deyib: "Güllərin sayına görə mənalarının çoxu unudulub. Hər şey zaman keçdikcə dəyişir, lakin güllər bu gün də xanımların sevimli hədiyyələri olaraq qalır. İndi artıq güllər sms, mms və elektron poçt vasitəsilə ilə də hədiyyə olunur".
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Lalə, nərgiz, bənövşə... Güllərin mənalarını bilirikmi?
14 Avqust 2012 16:25
7 Şərh
Baxış: 23 542

DİGƏR XƏBƏRLƏR
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Milli Məclis sədrinin təşəbbüsü ilə Şəmkirdə növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib - FOTO
-
Aşura günü nə vaxtdır?
-
Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı - FOTO
-
Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
XƏBƏR LENTİ
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyası Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək
-
Bəzi qəsəbələrdə qaz olmayacaq
-
Milli Məclisin deputatına ağır itki üz verdi
-
Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edir
-
İranla İsrail arasında atəşkəs elan olundu
-
Türkiyədə zəlzələ baş verdi
-
Lirə və avro bahalaşdı, dollar isə bu qiymətə satılır - RƏSMİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO
-
Həbib azərbaycanlı nazirlərlə bir arada - FOTO
-
Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
-
Günün qoroskopu: Emosiyalarla yox, məntiqlə hərəkət edin