Cəmiyyət

İş yerində psixoloji təzyiqə qarşı yeni hüquqi mexanizm

27 Fevral 2026 10:08
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək Məcəlləsinə "İş yerində psixoloji təzyiq (mobbing)" adlı yeni maddənin əlavə edilməsi təklif edilir.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, Əmək Məcəlləsinə "İş yerində psixoloji təzyiq (mobbing)" adlı yeni maddənin əlavə edilməsi və bununla bağlı hüquq münasibətlərinin həmin maddədə ümumiləşdirilməsi təklif edilir.

Həmçinin, Əmək Məcəlləsindən nəzərdə tutulan əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasında işçinin iş yerində təkrar psixoloji zorakılığa (mobbing) məruz qalması hallarında əmək müqaviləsinin işçi tərəfindən birtərəfli qaydada ləğv edilə bilməsi ilə əlaqədar dəyişikliyin edilməsi də təkliflər arasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.