Maaşlar nə zaman artacaq? - "Bir ay müddətində həyata keçirilir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiq edib.
Milli.Az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Milli.Az-a açıqlamasında bildirib ki, minimum əməkhaqqının artması Vahid Tarif Cədvəli ilə əməkhaqqı ilə işləyən bütün işçilərin əməkhaqlarının artmasına təsir göstərəcək.
"Bu həm də özəl sektorda çalışanların əməkhaqların da artmasına gətirib çıxaracaqdır. Çünki, ölkədə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının ödənilməsi qadağan oldunduğundan bu artıma mütənasib şəkildə özəl sektordada əməkhaqlarda artımlar olacaqdır".
Deputat qeyd edib ki, ümumiyyətlə minimum əməkhaqqının artması 700 mindən çox işləyənin əməkhaqqının artmasına gətirib çıxaracaqdır:
"Beləliklə minimum əməkhaqqının artması müvafiq qanuna görə hər ilə artırırılacaqdır. Bu həm də əməkhaqlarının hər il artması deməkdir".
Milli Məclisin deputatı Vüqar Bayramov Milli.Az-a açıqlamasında bildirib ki, bu dəyişiklik minimum əməkhaqqındakı artımların mütəmadiliyini təmin edəcək və bu prosesin qanunla tənzimlənməsi anlamına gəlir.
Deputat qeyd edib ki, minimum əməkhaqqındakı artım təkcə az maaş alan vətəndaşlara deyil, həm də Vahid Tarif Cədvəlinə uyğun maaş alan şəxslərin gəlirlərinə təsir edəcək:
"Hazırda Vahid Tarif Cədvəli üzrə ən aşağı maaş 400 manat, ən yüksək vəzifə maaşı isə 1150 manat təşkil edir. Söhbət dövlət idarələrində çalışan, lakin dövlət qulluqçusu olmayan vətəndaşlardan gedir. Qərar qəbul edildikdən sonra Nazirlər Kabineti tərəfindən bir ay müddətində Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarının uyğunlaşdırılması həyata keçirilir. Bununla da, praktik olaraq dövlət qurumlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşların da əməkhaqlarında artımlar qeydə alınır. O baxımdan minimum əməkhaqqının artırılması həm də Vahid Tarif Cədvəlinə uyğun maaş alan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da əməhaqlarının artmasına imkan yaradacaq".
V.Bayramovun sözlərinə görə, minimum əməkhaqqının artması həm də özəl sektorda maaş artımı deməkdir. İzah edib ki, qanunla müəyyən edilmiş minimum məbləğdən az əməkhaqqı ödənilməsi mümkün olmayacaq:
"Minimum əməkhaqqının artırılması bütövlükdə 700 mindən artıq vətəndaşı əhatə edəcək. Artıq dövlət başçısı tərəfindən Məcəlləyə edilən dəyişikliklər təsdiqlənib və növbəti dövrlərdə bu artımların praktik tətbiqi müşahidə olunacaq".
Qeyd edək ki, Əmək Məcəlləsində qeyd edilir ki, ölkədə minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Prezidentin minimum əmək haqqı ilə bağlı sərəncamlarında konstitusiyanın 109-cu maddəsinin (AR Prezidentinin səlahiyyətləri) 32-ci bəndinə istinad edilir. Həmin bənddə isə qeyd edilir ki, bu bənd Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. Yəni, Azərbaycanda minimum əmək haqqının müəyyən edilməsi prosesində işə götürənlərin və işçilərin nümayəndələri və ya parlament müzakirələri rol oynamır, bu barədə icra hakimiyyəti orqanları müstəqil şəkildə qərar qəbul edir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
-
Abituriyentlərin 38.4%-i 200-dən az bal topladı
-
Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
XƏBƏR LENTİ
-
Turistləri "peşman edən" yerlər: Dünyanın ən çox xəyal qırıqlığı yaradan 10 mərkəzi
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
-
Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
-
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
-
Kenan Doğulu narkotik testinin müsbət çıxmasına aydınlıq gətirdi
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Dünyanın ən hündür binası taxtdan endirilir: "Ciddə Qülləsi" həftədə 4 metr yüksəlir
-
Yasamalda küçədə bıçaqlanan şəxs dünyasını dəyişdi (Foto)
-
İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var - Yenilənib (Foto)
-
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
-
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
-
Erdem Kaynarca TRT-nin serialından qovuldu
-
Yol tikintisində yeni dövr: Şüşə qırıntıları asfalta qarışdırılacaq
-
Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO
-
Günün qoroskopu: İntuisiyanız bu gün sizə yol göstərəcək
-
Laçin Ceylan "Kızılcık şerbeti"ndə - (Foto)
-
Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı
-
"Qalatasaray"da Virgil van Dayk üçün geri sayım
-
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
-
İngiltərədə qatarlar toqquşdu
-
Culfa sakini dəm qazından ölüb
-
Mingəçevirdə qaz olmayacaq
-
Dənizkənarı Milli Parkda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
-
DÇ-2026-nın ən yaraşıqlı futbolçuları açıqlandı





